Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Əslən Göyçaylı, özü isə Bakılı olan İkinci Vətən Müharibəsi Şəhidi Əhməd Vaqif oğlu Kərimovun doğum günüdür.
Əhməd Kərimovun sabah 35 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.
Cənnətdəki dördüncü doğum günü ilə bağlı sabah Şəhidin Dədə Qoqrud qəbiristanlığındakı Şəhidlər Xiyabanında məzarı ziyarət olunacaq, məzarı üzərinə gül dəstələri düzülücək, ruhuna dualar ediləcək, “Quran” oxunacaq.
Məzarını ziyarətdən sonra isə “Nur” mərasim evində adına ehsan süfrəsi təşkil olunacaq.
Etikxeber.az xəbər verir ki, Əhməd Kərimov 1989-cu ilin avqust ayının 4-də dünyaya gəlib.
Ailənin üç övladından, iki qardaşdan biri olub.
Qardaşı Araz Kərimli və bacısı Fatma xanım isə hazırda ailəlidir.
Orta məktəbi bitirdikdən sonra Kooperasiya Universitetinə daxil olub.
Ancaq iki il yarım oxuduqdan sonra maddi durumları, ailə vəziyyətləri ilə əlaqədar ali təhsilini yarımçıq saxlamalı olub, həqiqi hərbi xidmətə yollanıb, Vətənin keşiyində dayanıb.
Sonra işləyib, ailəsinə maddi və mənəvi dəstək olub, atası xəstə olduğu üçün ailənin çətinliyi əsasən onun çiyinləri üzərinə düşüb.
İkinci Vətən Müharibəsi zamanı isə könüllü şəkildə Vətənin müdafiəsinə yollanıb.
Oktyabrın 4-dən başlayan şərəfli döyüş yolu noyabr ayının 7-cən davam edib və noyabrın 7-də Şuşada qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Ancaq nəşi noyabrın 10-da Dədə Qorqud qəbiristanlığındakı Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra bir neçə medalla təltif olunub.
Ancaq ailəsi, anası Həsrət xanım Əhmədin həm də ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir.
31 yaşında Şəhidlik məqamına ucalsa da, Əhməd subay olub.
Məqamı Uca, məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü mübarək olsun!
Nur içində uyusun!
Kamil HƏMZƏOĞLU
Etikxeber.az