Ailənin yeganə övladı, peşəkar hərbçi, Xüsusi Təyinatlı, Giziriydi…Aprel döyüşləri və İkinci Vətən Müharibəsində iştirak etmişdi…”Qisas” əməliyyatında isə Şəhid oldu, iki övladı Vətənə əmanət qaldı – İki qardaşdan biri, subay, XTQ-nin Əsgəri idi…2022-ci ilin 13 sentyabrında da Kəlbəcərdə Şəhadətə qovuşdu-BU GÜN ŞƏHADƏTLƏRİNİN DÖRDÜNCÜ İLİ TAMAM OLAN NƏZƏR ƏZİZOV VƏ AMİN QƏFƏRLİ – FOTOLAR

“Qisas” əməliyyatı Şəhidi, Azərbaycan Ordusunun Əsgəri-Xüsusi Təyinatlı Amin Rasim oğlu Qəfərlinin Şəhadətə qovuşduğu gündür.

Bu gün-13 sentyabr 2026-cı il tarixində Amin Qəfərlinin Şəhadətindən 4 il ötür.

Etikxeber.az xəbər verir ki, əslən Zəngilanlı və məcburi köçkün olan Amin Qəfərli 2004-cü ilin yanvar ayının 22-də Bakı şəhərində, Biləcəri qəsəbəsində dünyaya gəlib.

Ailənin iki oğlan övladından, iki qardaşdan biri olub.

İki övlad atası olan Qafar Qafarlı ailəlidir.

Övladlarından biri Aminin adını daşıyır.

Atası Rasim Qəfərov isə Birinci Qarabağ Savaşının iştirakçılarından olub.

2010-2021-ci illərdə Biləcəri qəsəbəsində yerləşən 297 saylı tam orta məktəbdə oxuyub.

Məktəbi bitirdikdən az sonra, 2022-ci ilin aprelində Əsgərliyə yollanıb, Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) xidmət etməyə başlayıb.

XTQ-nin Əsgəri kimi 2022-ci ilin sentyabrında “Qisas” əməliyyatında iştirak edib.

Sentyabrın 12-dən 13-nə keçən gecə Kəlbəcərdə Şəhidlik məqamına ucalıb.

Nəşi 2 gün sonra-15 sentyabr tarixində Hərbi Memorial Məzarlıqda Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Hazırda ailəsinin yaşadığı kücə Onun adını daşıyır.

O, həm də subay olub.

***

Bu gün həm də Kürdəmirli “Qisas” əməliyyatı Şəhidi, Gizir Nəzər Əzizovun Şəhidliyindən 4 il keçir.

Qeyd edək ki, Nəzər Ağacəli oğlu Əzizov 1991-ci ilin avqust ayının 28-də Kürdəmir rayonunun Dəyirmanlı kəndində dünyaya gəlib.

Ailənin tək-yeganə oğlan övladı olub.

Orta məktəbi bitirdikdən, həqiqi hərbi xidmətini başa vurduqdan sonra yenidən həyatını Ordu, hərb ilə bağlayıb, Gizirlik kursunu bitirib, Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) fəaliyyət göstərib.

2016-cı ilin Aprel döyüşlərində və İkinci Vətən Müharibəsində-Xocavənd, Füzuli və Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə iştirak edib, bir sıra qəhrəmanlıqlara imza atıb.

İkinci Qarabağ Savaşından sonra Ali Baş Komandan tərəfindən 4 medalla təltif olunub.

O, 2022-ci ilin sentyabr ayının 12-dən 13-nə keçən gecə növbəti erməni təxribatı nəticəsində baş verən qanlı döyüşlər-“Qisas” əməliyyatı zamanı Şəhidlik zirvəsinə ucalıb.

Nəşi 14 sentyabr tarixində Kürdəmir rayon Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub.

31 yaşında Şəhdlik zirvəsinə ucalan Nəzər Əzizov da ailəli, iki övlad atası olub.

Uğur və İnci adlı övladları ailəsinə, Vətənə əmanət qalıb.

Nurlar içində yatsınlar!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Ailənin üç övladından biri, subay və Xüsusi Təyinatlı idi…2022-ci ildə “Qisas” əməliyyatı zamanı Şəhadətə qovuşdu, Qarazadələr nəslinin beşinci Şəhidi oldu-ŞƏHADƏTİNDƏN 4 İL KEÇƏN NİCAT QARAZADƏ – FOTOLAR

Read Next

“Qisas” əməliyyatı Şəhidləri Amin Qəfərli, Nicat Qarazadə, Səbuhi Əhmədov, Ravil Hümbətov və Fərid Mehbalının Şəhadət günlərində-MƏZARLARI ZİYARƏT OLUNDU, HƏRBİ MEMORİAL MƏZARLIQDA ANIM MƏCLİSLƏRİ DÜZƏNLƏNDİ… – YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir