Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün-29 mart 2024-cü il tarixində, axşam saatlarında Şamaxılı İkinci Vətən Müharibəsi Şəhidi, bir övladı Vətənə əmanət qalan Fariz Şıxəliyevin ailə üzvləri, xanımı Fəqanə Şıxəliyeva tərəfindən Bakı şəhərində yerləşən “Sevinc” şadlıq sarayında Şəhidin adına ehsan-iftar süfrəsi təşkil olunub.
Etikxeber.az xəbər verir ki, iftar süfrəsində Şəhidin ailə üzvləri, yaxınları, Şamaxı və Bakıdan olan Şəhid ailələri, Qazilər, din xadimləri, gənc sənətçilər və digər şəxslər iştirak ediblər.
İftar məclisində öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.
Sonra “Azan” oxunub, məclis iştirakçıları iftarlarını açıblar.
İftar məclisində həmçinin, çıxışlar olunub, Vətənə, Şəhidlərə həsr olunmuş mahnılar səsləndirilib.
Xüsusilə, Nurlan Ordubadlının ifası məclis iştirakçılarını duyğulandırıb.
Çıxışlarda isə Şəhidin ailəsinə Allahdan səbr və dözüm arzulanıb, iftar süfrəsinə görə minnətdarlıq ifadə olunub.
İftar məclisi 3 saatdan çox davam edib.
***
FOTOLAR:
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az