“Ailə həkimi haqqında” qanundan yeni xəbər var… – AÇIQLAMA

Musa Quliyev: Reproduktiv sağlamlıqla bağlı mübahisəli məqamlar sənəddən çıxarılıb

Parlamentin qarşıdan gələn növbəti-2018-ci il payız sessiyasının məhsuldar, maraqlı və gərgin keçəcəyini düşünürük. Çünki həm qanun layihələrini, həm də növbəti ilin-2019-cu ilin dövlət büdcəsinin müzakirələri olacaq. Qeyd edək ki, dünyada da payız sessiyaları əsasən bücdə sessiyaları sayılır, bu baxımdan əsas müzakirələr büdcə ilə bağlı olacaq. Amma bununla belə, 3 aylıq müddət dövründə fürsətdən istifadə edib, yeni və ya üzərində çoxdan işlənilən qanun layihələri ilə də bağlı müzakirələrin açılmasına çalışacağıq. Yəni, tək büdcə ilə kifayətlənilməyəcək.

Bunu Etikxeber.az-a açıqlamasında Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.

Onun sözlərinə görə, istər sədr müavini olduğu Səhiyyə, istərsə də sıravi üzvü olduğu Əmək və sosial siyasət komitəsində də payız sessiyası çərçivəsində maraqlı müzakirələr, bir sıra vacib qanun layihələrinin müzakirəsi və tövsiyəsi gözlənilir:

“Məsələn, bunlardan biri donorluq və insan orqanlarının (toxumalarının)  transplantasiyası haqda qanundur ki, ötən sessiyadan onun üzərində işləyirik. Həmin qanuna xeyli dəyişiklik nəzərdə tutulur və çox güman ki, ciddi dəyişikliklər də olunacaq. Onu bir daha komitəmizdə müzakirələrdən keçirib, plenar iclasa tövsiyə etməyi nəzərdə tuturuq.

Bununla yanaşı, “Psixoloyi yardım haqqında” qanun layihəsi üzərində işlər davam etdirilir. Düzdür, onu ötən yaz sessiyasının müzakirəsinə təqdim etmişdik, amma müəyyən səbəblərdən onun müzakirəsi qaldı. Onu da komitədə baxıb, plenar tövsiyə iclasa təqdimk etmək niyyətindəyik. Belə bir qanuna da ciddi ehtiyac duyulur.

musa-teze

Həmçinin, uzun illərdən bəri cəmiyyətdə ciddi müzakirə və mübahəsi mövsusu olan, hətta, 3-cü çağırış parlament dövründə birinci oxunuşda müzakirələrdən keçirilən “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” haqqında qanun layihəsinin, nəhayət, müzakirələrə çıxarılması nəzərdə tutulur. Çünki qanunda mübahisə predmeti olan “surroqat ana” və donorluq məsələləri sənəddən çıxarılıb, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) də artıq sənədə ciddi irad yoxdur. Odur ki, onu da payız sessiyasında komitəmizin müzakirəsindən keçirib, növbəti sessiyanın qanunvericilik işləri planına salmağı və plenar iclasa təqim, tövsiyə etməyi düşünürük. İnsanlarımızın çoxu artıq bu qanunun da müzakirəsini və qəbulunu çoxdan gözləyir.

Eyni zamanda, komitəmizin əksər üzvləri “Ailə həkimi haqqında” qanun layihəsinin hazırlanması və müzakirələrə çıxarılmasını təklif edirlər. Zaman-zaman bu yöndə də təkliflər səsləndirilməkdədir. Eyni zamanda,icbari tibbi sığortanın tətbiqi məsələsi də belə bir qanunun müzakirəsini və qəbulunu zəruri, diktə edir. Ona görə payız sessiyasında həmin qanun layihəsi ilə də bağlı müzakirələri nəzərdə tuturuq. Təbii ki, bunlar mənim şəxsi, subyektiv fikirlərimdir. Komitəmizin tam mövqeyi sentyabrda payız sessiyası ilə bağlı keçiriləcək ilk iclasda məlum olacaq, orada təkliflər, fikirlər səsləndiriləcək və qruplaşdırıacaq, müvafiq qərar veriləcək”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

İcra başçısının bacısı oğlu faciəvi şəkildə öldü

Read Next

Prezident səfirlərin etimadnaməsini qəbul etdi – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir