Ailə Məhkəməsi institutu yaradılsın- Deputatdan təklif

Azərbaycanda Ailə Məhkəməsi institutu yaradılmalıdır”.
Etikxeber.az xəbər verir ki, bunu  millət vəkili Məlahət İbrahimqızı  parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sentyabrın 8-də keçirilən iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə,  artıq otuz ilə yaxındır ki, Ailə Məhkəməsi institutu dünyanın müxtəlif ölkələrində tətbiq olunub və uğurlu fəaliyyət göstərir. “Hesab edirəm ki, belə bir vacib institutun Azərbaycanda da tətbiqinin zamanı yetişib. Çünki son illərdə Azərbaycanda boşanmalar, ailə-məişət problemləri həddən artıq çoxalmaqdadır və digər məhkəmələr də bu işləri perspektivsiz hesab etdiyindən baxmaq istəmirlər və ya maraq göstərmirlər”- deyə, millət vəkili vurğulayıb.
Onun fikrincə, belə bir institutun Azərbaycanda tətbiqi  bu sahədəki problemlərin aradan qaldırılmasında öz müsbət töhfəsini verə bilər. “Belə ki, bu gün ailə-məişət sahəsində baş verən problemlər son olaraq indiyədək Azərbaycanda çox gözəl ailə institutunun zəifləməsinə və dağılmasına gətirib çıxarır.  Ailələrin davamlılığı problemi ortaya çıxır. Bu problemləri aradan qaldırmaq və gözəl ailə institutunun qorunub-saxlamaq üçün Ailə Məhkəməsi institutunun tətbiqi yaxşı olardı”- deyə, M. İbrahimqızı deyib. Millət vəkili  deyib ki, artıq bununla bağlı bir qrup millət vəkili müxtəlif ölkələrdə olaraq Ailə Məhkəmə institutunun tətbiqi və onun fəaliyyəti ilə yaxından tanış olublar. “Şəxsən mən bu sahədə Estoniya, Türkiyədə olaraq bu təcrübəni öyrənmişik. Türkiyədə bu institut artıq 14 ildir ki, tətbiq olunub və çox uğurlu fəaliyyət göstərir. Burada təkcə hakimlər fəaliyyət göstərmir, eyni zamanda, psixoloqlar, müəllimlər və digrə mütəxəssislər fəaliyyət göstərir. Onlar ailələrin boşanması, ailə-məişət problemlərinin səbəblərini,  bunun qarşısının necə alınması yollarını araşdırırlar. Biz də Ailə Məhkəməsi institutnun Azərbaycanda tətbiqinin mümkünlüyünü araşdırmalıyıq. Hesab edirəm ki, belə bir institutun tətbiqi öz müsbət nəticəsini verərdi”- deyə, millət vəkili bildirib.
Etikxeber.az

Read Previous

“Döyüşlər zamanı şəhid olanların sayı Azərbaycanda avtomobil qəzalarında ölənlərin sayından az olub”- Millət vəkili

Read Next

Azay Quliyev “İctimai nəzarət haqqında” qanunun qəbul edilməsini təklif edib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir