“Ailələr ərzaqla, dərmanlarla təmin olunmalı, nəğd pul verilməli, kommunal ödənişlər, bank faizləri ləğv, orta və xırda biznes sahələri ən azı ilin sonunadək vergilərdən azad edilməlidir”- MÜSAVAT PATİYASI BELƏ HESAB EDİR

Hakimiyyət koronavirusla bağlı hələlik yalnız qadağalarla məşğuldur. O da yarımçıq. Niyə ərzaq mağazalarından başqa bir çox mağazalar, avtomobil təmiri yerləri, “moyka”lar hələ də açıqdır? Niyə tikinti işləri dayandırılmır? Əgər bu virus 1 nəfərdən 30 nəfərə, 30 nəfərdən, 900 nəfərə, 900 nəfərdən 27 000 nəfərə yoluxursa nəyi gözləyirsiz? Karantin şərtləri dərhal dəyişdirilməlidir.

Etikxeber.az xəbər verir ki, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

O, iddia edib ki, yalnız qadağalarla məsələni həll etmək isə mümkün deyil.

“Həkimlərin, bütün tibbi personalın təhlükəsizliyini təmin etmək və xəstələrin müalicəsi üçün zəruri avadanlıqlar alınıb ölkəyə gətirilməlidir. Mağazalarda, apteklərdə satıcıların və alıcıların təhlükəsizliyi üçün vahid qaydalar müəyyən edilməlidir. Maska, əlcək, spirt, parasitamol qıtlığını aradan qaldırılmalıdır. Azərbaycanda 100 minlərlə ailə gündəlik qazanc hesabına dolanır, 100 minlərlə işsiz var. Əhalinin bu hissəsinin müdafiəsi üçün sosial proqram həyata keçirilməli, bu ailələr Avropanın bir çox ölkələrində olduğu kimi ərzaqla, dərmanlarla təmin olunmalı, həmin ailələrə nəğd pul verilməlidir. Kommunal ödənişlər, icarə haqları, bank faizləri ləğv edilməli, orta və xırda biznes sahələri ən azı ilin sonunadək vergilərdən azad edilməlidir. Qabaqlayıcı tədbirlər çox vacibdir. Bizdə epidemiyanın pik dövrü hələ xeyli irəlidə olduğu üçün virusun daha çox yayıldığı ölkələrin həm səhvlərini, həm də mübarizə təcrübəsini öyrənmək imkanımız var. Yalnız bu tədbirlərin dərhal həyata keçirilməsi yolu ilə ölkəni humanitar fəlakətdən, iqtisadi kollapsdan xilas etmək olar”-deyə, A. Hacılı sonra bildirib.

Etikxeber.az

Read Previous

“Bunlar kollaborasionistlərdilər…”-DEPUTAT

Read Next

“İcaze.gov.az saytı bu gün saat 10:00-da fəaliyyətə başlayıb və…”-CEYHUN SALMANOV – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir