Ailələrdə qızı da, oğlanı da ələbaxımlılığa öyrədirlər – HADİ RƏCƏBLİ

Hadi Rəcəbli: “Facebook”, mesajlaşma ailələrin dağılmasında “böyük” rol oynayır

Biz bir neçə il öncə ölkə gənclik yaşını 29-a, gənc ailə yaşını 35-ə endirdik.

Etikxeber.az-ın xəbərinə görə, bunu Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsi tərəfindən təşkil edilən “Azərbaycan ailə modeli: müasirlik və dəyərlər” mövzusunda ictimai müzakirələrdə parlamentin Əmək və sosial siyasət komitəsinin sədri, professor Hadi Rəcəbli səsləndirib.

hadi-2

Komitə sədri bunu önəmli addım kimi dəyərləndirib.

O, ailədaxili konfliktlərdə övladların ələbaxımlılığa öyrədilməsinin “böyük” rol oynadığını bildirib:

“Ailələrdə qızı da, oğulu da ələbaxımlıılğa öyrədirlər. Onlar hər ikisi də işləyə, pul zana bilər, amma valideynlər bunu etmirlər və həmin gənclər sonradan ailə quranda ciddi problemlər yaranır. Bununla yanaşı, ailələrin dağılmasında, boşanmalarda, erkən nikhalarda sosial şəbəkələr, “Facebook”, mesajlaşma…və sair kimi zərərli amillər böyük rol oynayır. Çünki çoxları sosial şəbəklərdən əyləncə kimi istifadə edirlər və nəticədə də ciddi problemlərlə qarşılaşırlar…”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

 

Read Previous

Ən çox müraciətlər ailmentlərlə bağlı müraciətlərdir – DÖVLƏT KOMİTƏSİ

Read Next

Azərbaycanda 270 min əlil uşaq var?!

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir