Ailənin 3 övladından biri, 2 medallı, Şəhidlik Haqqı hələ də tanınmayan-ELVİN CƏFƏRZADƏNİN ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN İKİ İL KEÇİR… – FOTOLAR – YENİLƏNİB – (1)

Aprel döyüşlərinin, o cümlədən İkinci Vətən Müharibəsinin iştirakçılarından olan peşəkar hərbçi və İkinci Qarabağ Savaşından bir müddət sonra iş başında ürəktutmasından dünyasını dəyişən Bərdəli Elvin Ramiz oğlu Cəfərzadənin bu gün torpağa tapşırıldığı, Əbədiyyətə uğurlandığı gündür.

Bu gün Elvin Cəfərzadənin Əbədiyyətə uğurlanmasından iki il keçir.

Etikxeber.az xəbər verir ki, Elvin Cəfərzadə 8 noyabr 1996-cı il tarixində Bərdə rayonunun Köbər kəndində sadə bir ailədə dünyaya gəlib.

Ailənin 3 övladından, 3 qardaşdan biri və evin kiçik oğlu, sonbeşiyi olub.

Orta məktəbi bitirdikdən, Əsgərliyini başa vurduqdan sonra həyatını hərblə bağlayıb.

Hərbi polis-taqım komandiri, Gizir olub.

2016-cı ilin Aprel döyüşlərində iştirak edib.

Və hərbi polis-taqım komandiri, peşəkar hərbçi, Gizir kimi İkinci Vətən Müharibəsinə qatılıb.

Tərtət-Ağdərə istiqamətlərində, Suqovuşan  Talışda olub.

İkinci Vətən Müharibəsindən az bir müddət sonra, 2021-ci ilin yanvarın 24-də isə Ağdamda postu dəyişərkən ürəktutmasından, cəmi 25 yaşında dünyasını dəyişib.

Nəşi, tabutu üç rəngli bayrağımıza bürünərək, yüzlərlə, minlərlə hərbçinin, iş yoldaşlarının iştirakı ilə Mirzəxan kənd qəbiristanlığında dəfn olunub.

Ali Baş Komandan tərəfindən iki medalla təltif olunub.

O, həm də subay olub.

Həmçinin, qardaşının övladı-balaca Elvin Onun adını daşıyır.

Qeyd edək ki, dünyasını dəyişməsindən iki il keçsə də, hələ də Elvin Cəfərzadənin Şəhidlik Haqqı verilməyib, Şəhidlik Haqqı tanınmayıb.

***

Anım Günü ilə bağlı bu gün Elvin Cəfərzadənin məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub, ailəsinə Allahdan səbr və dözüm arzulanıb.

Sonra ailəsinin yaşadığı evdə Anım mərasimi keçirilib, adına ehsan süfrəsi açılıb.

Bir daha ruhuna dualar edilib.

Məzarını ziyarətdə və Anım mərasimində Elvin Cəfərzadənin ailə üzvləri, yaxınları, Bərdədən olan Şəhid ailələri, Qazilər, hərbçilər, din xadimləri və digər şəxslər iştirak ediblər.

Məqamı Uca, məkanı cənnətlik olsun!

Nur içində yatsın!

13:33

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarı dayandırılmalı və həmin ərazidə Azərbaycanın daimi monitorinq və təftiş aparmaq imkanı təmin edilməlidir”-İLHAM ƏLİYEV

Read Next

“Mədəniyyət Nazirliyi ilə birlikdə “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi hazırlanıb”-QƏNİRƏ PAŞAYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir