Ailənin 3 övladından biri, 24 yaşında Şəhid olan-SAMİR FƏRZƏLİYEVİN ANIM GÜNÜDÜR…-YENİLƏNƏCƏK

Bu gün Ağdamın İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Samir Vaqif oğlu Fərzəliyevin Anım Günüdür.

Onun torpağa tapşırılmasından bir il keçir.

Etikxeber.az xəbər verir ki, Samir Fərzəliyev 1996-cı ilin dekabr ayının 8-ində Ağdam rayonunun Quzanlı kəndində sadə bir ailədə anadan olub.

2002-2011-ci illərdə Quzanlıda orta məktəbdə təhsil alıb.

2015-ci ilin aprelində Vətənə xidmət borcunu yerinə yetirmək üçün əsgərliyə yollanıb və bir il 6 aydan sonra – 2016-cı ilin oktyabrında Naxçıvan Muxtar Respublikasında hərbi xidmətini başa buraraq, evinə, ailəsinə dönüb.

2016-2020-ci illərdə müxtəlif sahələrdə çalışıb və 2020-ci ilin avqustunda MAXE kursuna yazılıb və sentyabrın 7-sində, İkinci Qarabağ Savaşından cəmi 20 öncə MAXE kimi fəaliyyət göstərməyə başlayıb.

İkinci Vətən Müharibəsinin ilik saniyəsindən, ilk dəqiqələrindən də döyüşlərə atılıb, igidliklər, qəhrəmanlıqlar göstərib və Ağdərə istiqamətində ağır döyüşlər zamanı qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

15 oktyabr 2020-ci il tarixində də Ağdam rayonunun Quzanlı kənd qəbiristanlığında, Şəhidlər məzarlığında torpağa tapşırılıb.

Ölümündən sonra medallarla təltif olunub…

Samir həm də evin, ailənin 3 övladından biri olub.

İki qardaş, bir bacı olublar.

***

Anım Günündə, səhər saatlarında Şəhidin məzarı ziyarət olunacaq.

Ziyarətdə Şəhidin ailə üzvləri, Ağdam və digər bölgələrdən olan Şəhid ailələri və digər şəxslər iştirak edəcəklər.

Ziyarətdən sonra Şəhidin ailəsinin yaşadığı evdə anım mərasimi keçiriləcək, adına ehsan veriləcək.

Ruhu şad, məkanı cənnətlik olsun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Cəmil Məmmədlinin Şəhidliyindən bir il keçir:GECƏ SAATLARINDA MƏZARI ZİYARƏT OLUNDU, RUHUNA DUALAR OXUNDU…-FOTOLAR

Read Next

“Xalqımızın başına gələnlər sübut etdi ki, Azərbaycan xalqı düz yol tutub, bu yolu şərəflə qoruyub və əsrlər boyu qoruyacaq…”-ZİYAD SƏMƏDZADƏ 1991-Cİ İLƏ EKSKURS ETDİ VƏ… – (MÜSAHİBƏ)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir