Ailənin 3 övladından biri, bir övladı Vətənə əmanət qalmış, peşəkar hərbçi, “Azərbaycan Bayarağı” ordenli Ramiq Mikayılovun-ŞƏHİDLİYİNİN İKİNCİ İLİ BAĞLI “AZƏRKİTAB”-DA TƏDBİR DÜZƏNLƏNDİ…- FOTOLAR – YENİLƏNİB

Bu gün İkinci Vətən Müharibəsi Şəhidlərindən olan əslən Şamaxılı-ailənin 3 övladından biri, bir övlad atası, ali təhsilli və peşəkar hərbçi, Qərargah rəisi, Baş leytenant, “Azərbaycan Bayarağı” ordenli Ramiq Mikayılovun Şəhidliyinin ikinci ili, Anım Günü ilə bağlı tədbir keçirilib.

Saat 12:00-da Bakıda, “Azərkitab”-da baş tutan təbdirdə Şəhidin anası Gülgəz Mikayılova, tək qardaşı və bacısı, Şəhid ailələri, Qazilər, hərbçilər, ziyalılar, millət vəkilləri , “Dəmir Yumruq” Alfa-A Cəmiyyətinin rəhbərliyi və digərləri iştirak ediblər.

Etikxeber.az-ın xəbərinə görə, tədbirdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Eyni zamanda, Şəhidin keçdiyi qısa, lakin şərəfli həyat, hərb və döyüş yolundan, onun İgidlik və Qəhrəmanlığından, tarixi Qələbə və Zəfərimizdəki xidmətlərindən danışlıb.

Sonra çıxışlar edilib.

Şəhidin ailə üzvləri, Şəhid anaları, millət vəkilləri (Adil Əliyev, Jalə Əliyeva, Tamam Cəfərova, Ceyhun Məmmədov, Elman Nəsirli) və digərləri çıxış ediblər.

Şəhid Ramiq Mikayılov və digər Şəhidlərlə, İkinci Vətən Müharibəsi, düşmən üzərində tarixi Qələbə ilə bağlı fikirlərini bölüşüblər.

Millət vəkili Jalə Əliyeva 44 günlük tarixi İkinci Vətən Müharibəsində bir daha Xalq-Dövlət-İqtidar-Ordu həmrəyliyinin, sarsılmazlığının bütün dünyaya nümayiş etdirildiyini bildirib.

Qeyd edib ki, məhz bu həmrəylik, bu sarsılmazlıq, bu vəhdətlik nəticəsində düşmən üzərində tarixi Qələbə və Zəfərə nail olunub, 32 ilik qanlı münaqişəyə son qoyulub.

Onun sözlərinə görə, Azərbaycan xalqı, Rəşadətli Azərbaycan Ordusu, İgid Azərbaycan Əsgəri Ali Baş Komandanın ətrafında “Dəmir Yumruq” kimi birləşdi və həmin yumruqla düşmənin başını əzdi, onu qarşısında diz çökdürdü.

Çıxışlarda eyni zamanda, Şəhidin ailəsinə Allahdan səbr və dözüm arzulayıblar.

Sonra Şəhidin adına ehsan-çay süfrəsi verilib.

Tədbir iki saatdan çox davam edib.

14:40

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

İkinci Vətən Müharibəsinin 1 oktyabr Şəhidləri: İki bacının tək qardaşı, Xüsusi Təyinatlı, “Qarabağ” ordenli Tural Abdullayev, anası tərəfindən təkbaşına böyüdülən-tək övlad, 3 medallı Ramal Məmmədov və ailənin 3 övladından biri, ali təhsilli Ziyadxan Əliyev-ŞƏHİDLİKLƏRİNİN İKİNCİ İLDÖNÜMÜNDƏ MƏZARLARI ZİYARƏT EDİLDİ, ANIM MƏRASİMLƏRİ KEÇİRİLDİ… – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

3 medallı, ailənin 4 övladından biri, cəmi 5 ayın Əsgəri və cəmi 18 yaşında canını Vətən yolunda fəda edən-BİNƏLİ ŞƏHİD HƏSƏNAĞA ŞİRVANİ…-FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir