Ailənin iki övladından biri, anası tərəfindən təkbaşına böyüdülən, əslən Şuşalı-ŞƏHİD DÜNYAMİN TAĞIZADƏNİN CƏNNƏTDƏKİ İKİNCİ AD GÜNÜDÜR – BU GÜN 21 YAŞI TAMAM OLUR…

Bu gün, 21 yanvar tarixi Şuşanın (həm də Beyləqanın) İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Dünyamin Ramin oğlu Tağızadənin ad günüdür.

Dünyamin Tağızadənin bu gün 21 yaşı tamam olur və bu, Onun Cənnətdəki ikinci ad günü, mövlududur.

Etikxeber.az-ın xəbərinə görə, əslən Şuşalı olan Dünyamin Tağızadə 2001-ci ilin yanvarın 21-də Beyləqan rayonunda, Günəş qəsəbəsində dünyaya gəlib.

Ailədə iki övlad, iki qardaş olublar.

2007-ci ildə Beyləqan rayonunda 6 saylı məktəbin birinci sinfinə gedib, orada 9 il oxuduqdan sonra təhsilini Füzuli rayonundan olan məcburi köçkün uşaqların təhsil aldığı 22 saylı məktəbdə davam etdirib.

2018-ci ildə orta məktəbi bitirdikdən sonra Göyçayda rayonunda yerləşən Kollecə daxil olub və orada 4 ay təhsil aldıqdan sonra Dünyamin hərbi xidmətə, Əsgərliyə çağırılıb, 2019-cu ilin yanvarında Vətənə xidmət borcunu yerinə yetirməyə yollanıb.

1 il 6 aydan sonra, 2020-ci ilin iyulunda hərbi xidmətdən təxris olunaraq, evinə, ailəsinə dönüb.

Cəmi 2 ay 22 gün sonra, İkinci Vətən Müharibəsi başlayan gün, sentyabrın 27-də Vətənin müdafiəsinə yollanıb.

Və Cəbrayıl istiqamətində döyüşlərdə iştirak edən Dünyamin Tağızadə sentyabrın 30-da qəhrəmancasına həlak olaraq, Şəhidlik məqamına yüksəlib.

Nəşi Beyləqan rayonunda torpağa tapşırılıb.

Şəhidliyindən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları təltif olunub.

Dünyamin həm subay olub, həm də anası tərəfindən təkbaşına böyüdülüb.

***

Cənnətdəki ikinci ad günü, mövludu ilə bağlı bu gün səhər saatlarında Şəhidin Beyləqandakı məzarı ziyarət olunacaq.

Ziyarət zamanı məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar ediləcək.

Ziyarətdə Şəhidin anası Ziyafət xanım və tək qardaşı, yaxınları, Şəhid ailələri iştirak edəcəklər.

Ziyarətdən sonra Şəhidin baba ocağında (anasının atasıgildə), Tərtər rayonunun Qaraqoyunlu kəndində mərasim keçiriləcək.

Mərasimdə bir daha ruhuna dualar oxunacaq, adına ehsan veriləcək.

Məqamı Uca, məkanı cənnətlik, Cənnətdəki ikinci ad günü, mövludu mübarək olsun!

Nur içində yatsın!

Allah anası və tək qardaşına, əzizlərinə səbr versin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Qalib Azərbaycan, torpaqlarına sahib çıxmağı bacaran bir xalqın böyük Vətəni, Cənubi Qafqazın və dünyanın parlayan ulduzudur”-JALƏ ƏLİYEVA 32 İL ÖNCƏ BAŞ VERƏNLƏRDƏN, 20 YANVARDAN YAZDI

Read Next

Hava buludlu və duman olacaq-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir