Ailənin iki övladından biri, subay, nəşi 18 gündən sonra dəfn edilən Təbriz Cüməzadənin Anım Günü: ADINI DAŞIYAN BULAĞIN, BARALYEFİNİN VƏ EV-MUZEYİNİN İZDİHAMLI AÇILIŞI OLDU, ANIM MƏRASİMİ DÜZƏNLƏNDİ…-YENİLƏNİB – (5)

Bu gün əslən Oğuz rayonunun Xaçmaz kəndindən olan, ancaq Mingəçevirdə böyüyüb boya-başa çatan, evin iki oğlan övladından biri – Təbriz İldırım oğlu Cüməzadənin Anım Günüdür.

Onun torpağa tapşırılmasından, Əbədiyyətə uğurlanmasından bir il keçir.

Düz bir il öncə-bu gün, 26 noyabr tarixində nəşi Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn olunub.

Etikxeber.az-ın xəbərinə görə, Təbriz Cüməzadə 2000-ci ilin fevralın 2-də sadə, zəhmətkeş bir ailədə dünyaya göz açıb…

Ailədə iki uşaq, iki qardaş olublar…

Ali təhsilli Qorxmaz evin böyük, Təbriz isə ailənin kiçik oğlu olub…

Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb…

2019-ci ildə hərbi xidmətini başa vurduqdan sonra evinə, ailəsinə, Mingəçevirinə dönüb…

Bir müddət işsiz qalıb…

2020-ci ilin sentyabrın 29-da isə könüllü-səfərbərliyə cəlb olunub, müharibəyə, cəbhə, döyüş bölgəsinə göndərilib…

Döyüşüb, vuruşub, igidliklər göstərib döyüş yoldaşları kimi…

Döyüş yolu isə Füzuli, Cəbrayıl, Xocavənd  Şuşa istiqamətlərində olub…

Noyabrın 8-də, Şuşa işğaldan azad olunan gün, müharibənin başa çatmasına iki gün qalmış isə ağır döyüşlərdən birində qəhrəmancasına həlak-Şəhid olub…

Nəşi düz 17 gün sonra, ayın 25-də, Şuşa şəhərində tapılıb və noyabrın 26-da Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn olunub…

Ölümündən sonra 3 medalla-“Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

***

Anım Günü ilə bağlı bu gün səhər saatlarında Şəhid Təbriz Cüməzadənin Mingəçevir şəhər Şəhidlər Xiyabanında məzarı ziyarət olunacaq.

Ziyarətdə Şəhidin ailə üzvləri, yaxınları, şəhər sakinləri, Mingəçevir və digər bölgələrdən olan Şəhid ailələri, Şəhid anaları, Qazilər, din xadimləri, məktəblilər və başqa şəxslər iştirak edəcəklər.

Məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar ediləcək.

Ziyarətdən sonra Şəhidin adını daşıyan “Şəhid bulağı”nın, baralyefinin və ev-muzeyinin açılışı olacaq.

Açılış bir saata yaxın davam edəcək.

Sonra Şəhidlə bağlı anım mərasimi keçiriləcək, adına ehsan veriləcək.

Nur icində yatsın, məqamı Uca olsun!

Allah ailəsinə səbr versin!

00:00

***

Bu gün Şəhidin məzarı ziyarət olunub.

Ziyatərdə Şəhidin ailə üzvləri, Mingəçevir, Oğuz, Kürdəmir və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, hərbçilər, məktəblilər, din xadimləri və başqa şəxslər iştirak ediblər.

Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub, məktəblilər tərəfindən şeirlər səsləndirilib.

Həmçinin, ailəsinə başsağlığı verilib, səbr dilənilib.

10:10

***

Bir saata yaxın davam edən ziyarətdən sonra Şəhidin yaşadığı binada baralyef-Xatirə lövhəsinin, adını daşıyan “Şəhid bulağı”nın və ev-muzeyinin izdidahmlı açılışı olub.

Açılış(lar)a yüzlərlə insan- Mingəçevirdən, eləcə də müxtəlif bölgələrdən olan Şəhid ailələri, Qazilər, hərbçilər, məktəblilər, din xadimləri, Oğuz rayon rəhbərliyi və digər şəxslər qatılıblar.

Öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni oxunub və səsləndirilib.

Şəhidin valideynləri-atası İldırım kişi və anası Ülviyyə xanım digər Şəhid ailələri ilə birlikdə “Şəhid bulağı”nın açılışını ediblər, bulağın üzərindən ipək örpəyi endiriblər.

Sonra Şəhidin ev-muzeyinin açılışı olub.

Açılışda Şəhidin atası və Oğuz rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov başda olmaqla, rayon rəhbərliyi iştirak edib.

Eyvaz Qurbanov Şəhidin ailəsinə başsağlığı verib, onlara Allahdan səbr diləyib, “Şəhidimizin məkanı cənnətlik olsun”-deyib.

Eyni zamanda, “Şəhid bulağı”nın qarşısında çıxışlar edilib, şeirlər ifa olunub, Şəhidə, Şəhidlərə, Vətənə həsr olunmuş mahnılar səsləndirilib

Açılış(lar)dan sonra anım mərasimi başlayıb, Şəhidin adına ehsan verilib.

11:20

***

FOTOLAR:

YAĞIŞLI HAVADA MƏZARININ ZİYARƏTİ… VƏ YA ANALAR YANAR, AĞLAR…

ŞƏHİDİN ADINI DAŞIYAN BULAĞIN, BARALYEF-XATİRƏ LÖVHƏSİNİN VƏ EV-MUZEYİNİN İZDİHAMLI AÇILIŞI…

ŞƏHİD ANALARI, ŞƏHİD ATALARI, ŞƏHİD AİLƏLƏRİ…QƏHRƏMAN ANALAR, QƏHRƏMAN ATALAR, QƏHRƏMAN AİLƏLƏR…QAZİLƏR, İGİDLƏR, HƏRBÇİLƏR…

ŞƏHİDİN EV-MUZEYİ…CANLI, DİL AÇIB DANIŞAN MUZEY…

VƏ ANIM MƏRASİMİ…

SADƏ, SƏMİMİ İNSAN-OĞUZUN İCRA BAŞÇISI EYVAZ QURBANOV VƏ RAYON RƏHBƏRLİYİ…

11:53

***

DƏRDƏ BOYUN ƏYMƏYƏN DƏRD VƏ QÜRUR ORTAQLARI…

12:25

***

QARŞILARINDA BAŞ ƏYİLƏCƏKLƏRİMİZ, BAŞ ƏYİLƏNLƏRİMİZ…

14:14

***

ŞƏHİDİN QARDAŞI QORXMAZ…

TƏK ÖVLADINI ŞƏHİD VERMİŞ TƏK-TƏNHA ANA…ÜMMÜ ANA…

ŞƏHİD ANASI VƏ BƏRDƏLİ ŞƏHİD ANALARI, ŞƏHİD AİLƏLƏRİ…

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Təəssüf ki, problemlər, insidentlər var, təəssüf ki, hələ də insan tələfatı olur…. Biz də bundan ötrü toplaşmışıq ki, baxaq, nəinki buna oxşar heç bir hadisə baş verməməsi, əksinə, vəziyyətin sakitləşməsi üçün nə edilib və hamı nə etməlidir”-İLHAM ƏLİYEV – FOTOLAR – YENİLƏNİB

Read Next

“Ermənistana açıq təklif etmişik ki, qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanımaq və gələcəkdə qonşular kimi yaşamağı, yenidən qonşular kimi yaşamağı təşviq etmək üçün sülh müqaviləsi üzərində işə başlayaq”-Azərbaycan Prezidenti – Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan arasında üçtərəfli-GÖRÜŞ OLDU – FOTO – YENİLƏNƏCƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir