Ailənin tək oğlu, cəmi 18 yaşlı, 4 medallı və anasını Şəhidliyindən iki ay yarım öncə itirən-VƏTƏN SEVDALISI ŞÖHRƏT İKRAM OĞLU MİKAYILOVUN HƏYAT HEKAYƏSİ…-FOTOLAR

Şöhrət İkram oğlu Mikayılov…

Qəbələli, Zərgərlili…

2002-ci il, 26 fevral doğumlu…

Ailənin 3 övladından biri, iki bacının tək qardaşı…

Azərbaycan Ordusunun Əsgəri, İkinci Vətən Müharibəsinin iştirakçısı və Şəhidi…

Şöhrət 2020-ci ilin mayında hərbi xidmətə çağırılıb və Beyləqandakı “N”saylı hərbi hissədə xidmətə başlayıb…

İkinci Vətən Müharibəsi başlayan zaman isə cəmi 4 ayın əsgəri olub…

İkinci Vətən Müharibəsinin ilk günündən də döyüşlərə atılıb, Füzuli-Xocavənd istiqamətində döyüşlərdə iştirak edib…

Axırıncı dəfə ailə üzvləri-atası və iki bacısı ilə oktyabrın 14-də görüşüb…

Oktyabrın 30-da isə axırıncı dəfə atası ilə danışıb…

Və cəmi bir gün sonra, oktyabrın 31-də Xocavənd istiqamətində döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb…

Nəşi bir gün sonra Zərgərli kənd qəbiristanlığında dəfn edilib…

Şəhidliyindən sonra 4 medalla təltif olunub…

Bu yerdə onu da qeyd edək ki, Şəhidliyindən cəmi iki ay yarım öncə, 2020-ci ilin 15 avqust tarixində isə 43 yaşlı cavan anasını itirib…

Ana itkisi, ana acısı yaşayıb…

Və Mikayılovlar ailəsi cəmi iki ay yarımın içində iki acı, iki itki ilə qarşılaşmalı, yaşamalı olub…

Şöhrət həm də subay idi…

Bacılarından biri ailəli, biri isə nişanlıdır…

***

Bu gün günorta saatlarında isə təsadüf nəticəsində Şəhidin ailə üzvləri ilə görüşdük, bir araya gəldik…

Adını daşıyan “Şəhid bulağı”nı və məzarını ziyarət etdik…

Ailəsinə səbr, dözüm arzuladıq, ruhuna dualar etdik…

Sonra ailə üzvləri ilə birlikdə evini, ocağını ziyarət etdik, xatirə fotoları çəkdirdik…

Söhbətləşdik, dərdləşdik…

Söhbətləşdikcə də…çox kövrək, duyğulu, təsirli anlar yaşandı, yaşadıq…

Göz yaşlarımıza hakim ola bilmədik…

Yenə sözün bitdiyi yer idi, sözün, kəlmələrin acız qaldığı yerdəydik…

Cəmi 18 yaşında Vətən yolunda canını fəda edən, arzuları gözündə qalan Şəhidimizin məkanı cənnətlik, məzarı behiştlik olsun!

Nur içində uyusun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

İsmayıllının sentyabr Şəhidi: APREL DÖYÜŞLƏRİNİN VƏ İKİNCİ VƏTƏN MÜHARİBƏSİNİN İŞTİRAKÇISI, ƏFSANƏVİ XÜSUSİ TƏYİNATLI, LEYTENANT, “AZƏRBAYCAN BAYRAĞI” ORDENLİ, İKİ ÖVLAD ATASI ELNUR SƏMƏDOV…-FOTOLAR

Read Next

Evin iki oğlan övladından biri, Tovuz döyüşlərinin Qəhrəmanlarından olan 18 yaşlı Xəyyam Daşdəmirov VƏ YA ŞƏHİD MƏCLİSİNDƏ SƏHHƏTİ PİSLƏŞƏN, XƏSTƏXANAYA YERLƏŞDİRİLƏN DƏRDLİ ŞƏHİD ANASI…-FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir