Ailənin tək oğlu, iki bacının tək qardaşı, cəmi 3 ayın Əsgəri, nəşi 1 ay 20 gündən sonra dəfn olunan-ŞƏHİD ZİYA NURMƏMMƏDOV: BU GÜN CƏNNƏTDƏKİ İKİNCİ DOĞUM GÜNÜDÜR, 21 YAŞI ONSUZ QEYD OLUNUR… – YENİLƏNİB – (1) FOTOLAR

Bu gün Kürdəmirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Ziya Zabil oğlu Nurməmmədovun doğum günüdür.

Ziya Nurməmmədovun bu gün 21 yaşı tamam olur və bu, Şəhidin Cənnətdəki ikinci ad günü, mövlududur.

Etikxeber.az-ın xəbərinə görə, Ziya Nurməmmmədov 2001-ci ilin avqustun 29-da Kürdəmirin Sığırlı kəndində, sadə bir ailədə dünyaya gəlib.

İki bacının tək qardaşı, ailənin tək oğlan övladı olub.

Orta məktəbi bitirdikdən sonra Əsgərliyə yollanıb və Qazax rayonu istiqamətində hərbi hissələrdən birində hərbi xidmətdə olub.

İkinci Vətən Müharibəsi zamanı isə 3 ayın Əsgəri kimi döyüşlərdə iştirak edib və oktyabrın 13-də Füzuli istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Ancaq uzun müddət nəşini əldə etmək mümkün olmayıb.

Nəşi yalnız 1 ay 20 gündən sonra əldə edilib və dekabr ayının 3-də Sığırlıda torpağa tapşırılıb.

Ziya həm də Sığırlının 3 İkinci Vətən Müharibəsi Şəhidindən biridir.

Şəhidliyindən sonra bir neçə medalla təltif olunub.

O, həm də subay olub.

12:00

***

Cənnətdəki ikinci doğum günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub, qısa çıxışlar edilib.

Sonra Şəhidin ailəsinin yaşadığı evdə 21 yaşının tamam olması ilə bağlı məclis düzənlənib, adına ehsan süfrəsi açılıb.

Bir daha Şəhidin ruhuna dualar edilib, bir daha ailəsinə Allahdan səbr və dözüm arzulanıb, bir daha Cənnətdəki ikinci doğum günü təbrik edilib.

Məzarını ziyarətdə və Cənnətdəki ikinci doğum günü ilə bağlı mərasimdə Şəhidin valideynləri, ailə üzvləri, Kürdəmir və Şəkidən olan Şəhid ailələri, Qazilər, din xadimləri, Kürdəmir rayon İcra Hakimiyyətinin əməkdaşları və digər şəxslər iştirak ediblər.

Məqamı Uca, Cənnətəki ikinci doğum günü mübarək olsun!

Nur içində yatsın!

14:30

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Koronavirusla bağlı ölüm göstəricisi azalıb-DÜNYADA

Read Next

Ali təhsilli, peşəkar hərbçi, 3 bacının tək qardaşı, əslən Şuşalı, özü isə Mingəçevirli olan-ŞƏHİD ƏZƏMİ HÜSEYNOV: BU GÜN 30 YAŞI TAMAM OLUR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir