Ailənin tək və subay oğlu, 26 yaşlı və Tərtərin sentyabr Şəhidi-MƏFTUN ƏHMƏDZADƏ…-FOTOLAR

Bu gün Goranboylu Şəhid ailələri ilə birlikdə Tərtər rayonunun sonuncu-sentyabr Şəhidi Məftun Seymur oğlu Əhmədzadənin üç mərasiminə qatıldıq.

Mərasimdə Şəhidin ailə üzvləri, yaxınları, kənd və Tərtər sakinləri, rayon İcra Hakimiyyətinin rəhbərliyi, Qazilər, hərbçilər, Tərtər, Ağdam və Goranboydan olan Şəhid ailələri, din xadimləri iştirak edirdilər.

Şəhidin ruhuna dualar etdik.

Eyni zamanda, əzizlərinə, yaxınlarına başsağlığı verdik, onlara Allahdan səbr və dözüm arzuladıq, “Şəhidimizin məkanı cənnətlik olsun!”-dedik…

Qeyd edək ki, Məftun Əhmədzadə 1996-cı ildə Tərtərin Evoğlu kəndində-sadə bir ailədə dünyaya gəlib.

Orta məktəbi bitirdikdən bir müddət sonra Əsgərliyə yollanıb və hərbi xidmətini başa vuraraq evinə, ailəsinə dönüb.

Bir müddət polis orqanlarında çalışıb, sonra həyatını Ordu, hərb ilə bağlayıb.

Və peşəkar hərbçi kimi sentyabr döyüşlərində-Laçın istiqamətində Şəhidlik məqamına ucalıb.

Nəşi 16 sentyabr tarixində kənd qəbiristanlığında dəfn olunub.

O, ailənin iki övladından biri və tək oğlu olub.

Məftun həm də subay olub.

Məqamı Uca olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 180 yeni yoluxma-DAHA 2 ÖLÜM…

Read Next

XİN-dən bu dəfə Fransaya-ETİRAZ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir