Ailənin tək və subay oğlu, ali təhsilli, nəşi 56 gündən sonra Əbədiyyətə uğurlanan İlkin Elxan oğlu Ağakişiyev: BU GƏNNƏTDƏKİ İKİNCİ DOĞUM GÜNÜ, 27 YAŞI ONSUZ QEYD EDİLDİ…- FOTOLAR – YENİLƏNİB – (1)

Bu gün Mingəçevirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan evin tək və subay oğlu, ali təhsilli İlkin Elxan oğlu Ağakişiyevin doğum günüdür.

İlkin Ağakişiyevin bu gün 27 yaşı tamam olur

Bu, həm də Şəhidin Cənnətdəki ikinci ad günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, İlkin Ağakişiyev 1995-ci ilin sentyabr ayının 17-də Mingəçevir şəhərində anadan olub.

Mingəçevir şəhər 10 saylı məktəbin məzunu olub.

Musiqi təhsilini isə Mingəçevir  Ü.Hacıbəyli adına 11 illik musiqi məktəbində alıb.

2013-2017-ci illərdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında ali təhsil alıb.

2017-2018-ci illərdə Ordu sıralarında xidmət edib, Vətənin keşiyini çəkib.

İkinci Vətən Müharibəsinin ilk günündən də döyüşlərdə olub, Ağdərə-Suqovuşan istiqamətində döyüşlərdə iştirak edib.

Və oktyabr ayında ağır döyüşlərdən birində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Ailəsinə yalınız 56 gündən sonra Şəhidliyi xəbəri gəlib.

Və nəşi noyabrın 27-də Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhidliyindən sonra medallarla təltif olunub.

Aildə iki uşaq, bir bacı, bir qardaş olublar.

İlkin həm də subay olub.

16:00

***

Cənnətdəki ikinci doğum günü ilə bağlı bu gün axşam saatlarında İlkin Ağakişiyevin Mingəçevir şəhər Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib.

Məzarını ziyarətdə Şəhidin ailə üzvləri, din xadimləri, Mingəçevirli Şəhid ailələri iştirak ediblər.

Sonra “Sərin” restoranında İlkin Ağakişiyevin Cənnətdəki ikinci doğum günü ilə bağlı məclis düzənlənib.

Məclisdə Şəhidin ailəsinə Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki ikinci doğum günü təbrik olunub.

Eyni zamanda, Şəhid ailələri tərəfindən Şəhid anası Reyhanə xanıma hədiyyə təqdim olunub.

Nur içində yatsın, məkanı cənnətlik, Cənnətdəki ikinci ad günü mübarək olsun!

18:30

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Baş Prokurorluq Ermənistanın sərhəddəki təxribatı zamanı yayılan videolarla bağlı-ARAŞDIRMAYA BAŞLADI

Read Next

Daha bir sentyabr Şəhidi-YUSİF QURBANOV…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir