Ailənin üç övladından biri, subay-20 YAŞINDA ŞƏHİDLİK MƏQAMINA UCALAN NURLAN MƏMİŞOV…ŞƏHİDİN AİLƏSİNİ DİNLƏYƏN TAPILACAQMI, ANASI VƏ QARDAŞI NORMAL İŞLƏ TƏMİN OLUNACAQLARMI? – FOTOLAR

Mingəçevirin İkinci Vətən Müharibəsi Şəhidlərindən, İkinci Qarabağ Savaşında Qəhrəmanlıq dastanı yazan İgidlərdən, Vətən sevdalılarından biri də Nurlan İlqar oğlu Məmişovdur…

Nurlanın döyüş yolu 11 gün çəksə də, öz Qəhrəmanlığı və Şəhidliyi ilə adını tarixə qızıl hərflərlə həkk etdirib…

Əslən Zərdab rayonundan olan Nurlan 2000-ci ilin avqust ayının 29-da sadə bir ailədə-Məmişovlar ailəsində dünyaya gəlib…

Bir xeyli müddət ailəsi ilə Rusiyada yaşayıb, 2007-ci ildə Orenburq şəhərində orta məktəbin birinci sinfinə gedib…

Ancaq sonradan ailəsi ilə birlikdə Azərbaycana, Mingəçevir şəhərinə dönməsi ilə bağlı təhsilini 14 saylı tam orta məktəbdə davam etdirib və 2018-ci ildə də həmin məktəbi başa vurub…

2018-ci ilin oktyabrında da həqiqi hərbi xidmətə yollanıb, 3 ay Ağcabədidə xidmət etdikdən sonra Füzuli rayonu istiqamətində yerləşən hərbi hissələrdən birinə göndərlib…

Əsgərliyinin son iki ayını isə Lələtəpə istiqamətində yerləşən hərbi hissədə davam etdirib…

2020-ci ilin aprelində isə Ordudan təxris olunub, yenidən evinə, ailəsinə dönüb…

Cəmi 5 ay 1 gündən sonra, 2020-ci ilin sentyabrın 21-də səfərbərliyə cəlb olunub…

Və İkinci Vətən Müharibəsinin ilk günündən də Tərtər-Ağdərə istiqamətində döyüşlərdə olub…

Talışın kəndinin erməni işğalından azad olunmasında iştirak edib…

Döyüş yoldaşlarının dediyinə görə, sentyabrın 27-dən oktyabrın 7-nə kimi döyüş yolu keçən 20 yaşlı Nurlan öz İgidliyi, Qəhrəmanlığı, Qorxmazlığı, Cəsurluğu ilə seçilib, düşmənin 5 əsgərini öldürüb və bir erməni zabitini tərksilah edərək, onu əlləri ilə boğub və məhv edib…

Və oktyabrın 7-də Suqovuşan istiqamətində qanlı döyüşlərdə ağır yaralanaraq, qəhrəmancasına həlak olub, Şəhidlik məqamına yüksəlib…

Nəşi bir gün sonra, oktyabrın 8-də ailəsinə təhvil verilib və oktyabrın 9-da Mingəçevir şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb, Ədəbiyyətə uğurlanıb…

Şəhidliyindən sonra medallarla təltif oilunub…

Döyüş yoldaşı Kənanın dediklərindən:

“…Bundan sonra nə qədər ömrüm olsa da, Nurlanı unuda bilməyəcəyəm…Onunla birgə döyüş yolu keçmişik…Mənim gözümün qabağında iki ermənini başından vurub, məhv edib…Oktyabrın 7-də də Suqovuşan istiqamətidə gedən qanlı döyüşlərdə bir yerdə vuruşurduq…Nurlan məndən bir addım irəlidə idi, birdən, “ay qaqa, vuruldum”-dedi…Dönüb baxanda gördüm ki, gülümsəyir və yaranlanmasına baxmayaraq, yenə döyüşür…Bir az sonra yaralı halda mənim yanıma gəldi və yenə də qəribə bir təbəssümlə gülümsəyərək, “qaqa, vurulmuşam”- dedi… Və yerə çökdü və gördüm ki, kürəyi qan içindədir…

Tez onu qucaqlayıb, aşağı çəkdim, sonra da iki əsgər yoldaşımla onu aşağı düşürdük…Dedi ki, telefonumu götürüb, anama zəng edin, deyəcəyəm ki, Şəhid oluram…Çox təəssüf olsun ki, biz olan yerdə dalğa, şəbəkə olmadığı üçün, nə qədər etsək də, anası ilə danışa bilmədi…Bir də “mənə bir udum su verin”-dedi…Düz 8 saata onu aşağı çatdırdıq, onda da soruşdu ki, “komandir, postu ala bildikmi”…Ancaq onun həyatını xilas etmək mümkün olmadı, gözümün, gözümüzün qabağında Şəhid oldu…”.

Bəli, cəmi 20 yaşlı, ömründə Qarabağ üzü görməyən Nurlan belə bir İgid, Qəhrəman oğul olub…

Öz qanı-canı, Şəhidliyi ilə Azərbaycanına Zəfər qazandıran, Qarabağı yenidən öz Vətəninə qovuşduran Qəhrəmanlar sırasına adını yazdırıb…

Məqamı Uca, məkanı cənnətlik, məzarı Nurlu olsun!

Nur içində yatsın!

Allah ailəsinə səbr və dözüm versin!

***

Qeyd edək ki, Nurlan ailənin üç övladından biri olub…

Ailədə iki qardaş və bir bacı olublar…

Nurlan həm də subay olub…

Bugünlərdə də növbəti dəfə Mingəçevirdə olarkən həm Şəhidin atası İlqar bəylə, həm də anası Qumru xanımla görüşdüm…

Görüşdüm, söhbətləşdim, dərdləşdim, övlad acısı yaşayan Dərdli və Qürurlu valideynlərinə başsağlığı verdim, Allahdan onlara səbr dilədim, “Şəhidimizin məkanı cənnətlik olsun”-dedim…

Onu da qeyd edək ki, Şəhidin ailəsi maddi-sosial sıxıntılar, problemlər içində yaşayır…

Şəhidin valideynləri öncə tək oğullarının-Orxanın normal bir işlə təmin olunmasını, özünü dolandıra bilməsini istəyir…

Eyni zamanda, Şəhidin anası işlə təmin edilməsini arzulayır…

Çünki işə ehtiyacları var…

Həm də haqlarıdır…

Şəhid ailəsi normal, onları qane edəcək işlə təmin olunmalıdır…

Odur ki, həm Mingəçevir şəhər İcra Hakimiyyəti, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq qurumu Şəhidin ailəsinin durumunu nəzərə alaraq, həssaslıq göstərməli və həm Şəhidin qardaşını, həm də anasını normal işlə təmin etməlidirlər…

Güman edirik ki, belə də olacaq, Şəhidin ailəsi yaxın zamanlarda sevindiriləcək, normal işlə təmin olunacaqlar.

Məsələni də diqqətdə saxlayacağıq.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

İlham Əliyevlə Mehriban Əliyeva “Xanım Fatimeyi Zəhra” məscidinin yeni binasında yaradılan şəraitlə-TANIŞ OLDU – FOTOLAR

Read Next

Daha 584 yeni yoluxma-DAHA 13 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir