Akademik Milli Dram Teatrında “Açıq qapı” günü keçiriləcək

Fevralın 26-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar “Açıq qapı” günü təşkil olunacaq.

Teatrın mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, “Açıq qapı” günü çərçivəsində sənət ocağının yaradıcı kollektivi yazıçı-dramaturq Hüseynbala Mirələmovun eyniadlı əsəri əsasında səhnələşdirilən “Xəcalət” tamaşasını təqdim edəcək.

Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun quruluşunda hazırlanan tamaşanın quruluşçu rəssamı İsmayıl Məmmədov, bəstəkarı Xalq Artisti Səyavuş Kərimidir.

İkihissəli səhnə əsərində rolları Xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruz, Əməkdar artistlər Mətanət Atakişiyeva, Əlvida Cəfərov və digərləri ifa edəcək. Tamaşada müharibənin yaratdığı faciələr bir ailənin timsalında verilib və qaçqınlığın bu gün dünyanı narahat edən qlobal problemə çevrilməsinə xüsusi diqqət yetirilib.

Tamaşa Qarabağ müharibəsində çiyin-çiyinə vuruşan, lakin müharibədən sonra uzun müddət bir-birindən ayrı düşən iki uşaqlıq dostunun görüşündən bəhs edir.

Səhnə əsərinin nümayişində hər kəs iştirak edə bilər.

Etikxeber.az

Read Previous

“Yuventus” Dibala ilə müqaviləni yeniləycək

Read Next

Voleybol üzrə qadınlardan ibarət yığmamızın baş məşqçisi “Makkabi”yə başçılıq edib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir