Akademik Milli Dram Teatrında Yeni il şənliyi və bayram tamaşası təqdim olunacaq

Akademik Milli Dram Teatrında “Buzlar ölkəsində” nağıl-tamaşası nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, dekabrın 24-dən yanvarın 4-dək davam edəcək bayram tamaşası saat 11:00, 13:00, 15:00 və 17:00-da gündə dörd seans olmaqla təqdim ediləcək.

Anar Sadıqovun müəllifi olduğu nağıl əsasında hazırlanan tamaşaya gənc rejissor Əlif Cahangirli quruluş verib.

Səhnə əsərində Əməkdar artistlər Mehriban Xanlarova, Əlvida Cəfərov, Şəlalə Şahvələdqızı, Sevinc Əliyeva, Elxan Quliyev, aktyorlar Cümşüd Zeynalov, Rəşad Bəxtiyarov, Rada Nəsibova, Xədicə Novruzlu, Ramin Şıxəliyev, Vüsal Mustafayev, Mətləb Abdullayev, Dilarə Nəzərova, İlahə Həsənova çıxış edəcəklər.

Etikxeber.az

Read Previous

Gecikdirilmiş sosial ödəniş işçilərə ödənilib – NAZİRLİK

Read Next

Karlovun cənazəsini aparan təyyarə Moskvada endi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir