Akademik “Nəsimi İli” haqqında danışdı: VƏFA BORCUMUZDUR

Ölkə prezidenti İlham Əliyev tərəfindən 2o19-cu ilin “Nəsimi İli” elan edilməsi çox böyük mədəni və tarixi hadisədir. Bildiyiniz kimi, bu il dahi Azərbaycan şairi və mütəfəkkiri İmaddədin Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Hələ ötən ilin 15 noyabr tarixində də bununla bağlı dövlət başçısının müvafiq sərəncamı olub. Yəni, onun yubileyinin dövlət səviyyəsində, təntənəli şəkildə qeyd edilməsi qərara alınıb. Odur ki, adıçəkilən iclasda həm 2019-cu ilin “Nəsimi İli” elan edilməsi, ardınca isə bununla bağlı sərəncamın imzalanması Nəsiminin 650 illik yubiliyenə, onun ruhuna, xatirəsinə ən böyük töhfədir. Bu, həm də Azərbaycan dövlətinin, ölkə prezidentinin sözə, söz adamlarına, yaradıcılığa, mütəfəkkirlərimizə, örnəklərimizə verdiyi dəyərin, qiymətin daha bir və əyani sübutu, nümunəsidir. Buna görə hər birimiz dövlət rəhbərinə öz dərin minnətdarlğımızı bildiririk.

nasimiiiii-2

1488451229_ziyad-s-str-7-8

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili, akademik Ziyad Səmədzadə deyib.

O, qeyd edib ki, ölkələrin inkişafı, qüdrəti təkcə onların iqtisadi, hərbi qücləri ilə ölçülmür, həm də milli sərvətləri, dahiləri, mütəfəkkirləri, parlaq, aydın təfəkkürlü ziyalıları ilə ölçülür.

“Çox xoşbəxt xalqıq ki, bizim də həm təbii, həm milli sərvətlərimiz çoxdur. Dünyaya səs salan Nizami, Xaqani, Füzuli, Xətai, Nəsimi, Üzeyirbəy Hacıbəyov, Mirzə Ələkbər Sabir, Mirzə Cəlil,  Müslüm Maqomayev, Qara Qarayev, Niyazi, Fikrət Əmirov, Mikayıl Abdullayev, Səttar Bəhlulzadə, Rəşid Behbudov, Yusif Məmmədəliyev, Ziya Bünyadov, Toğrul Nərimanbəyov, Lütfi Zadə, Tahir Salahov  kimi böyüklərimiz, mütəfəkkirlərimiz var. Onlar bizim milli kimlik pasportumuzdur. Odur ki, onların daim xatırlanması, anılması, tədqiq edilməsi, yayılması vacibdir və lazımdır. Bu, bizim onlar qarşısında övladlıq, vətəndaşlıq, vəfa borcumuzdur”-deyə, akademik sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Ağır yol qəzası daha iki can aldı – BAKIDA

Read Next

Əməkdar artist Vasif Talıbovu təbrik etdi, minnətdarlıq etdi – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir