Akinfeyev Avropanın “ən sadiq”i-SEÇİLDİ…

Transfermarkt saytı Avropanın on böyük liqasında klubuna ən sadiq futbolçuların siyahısını hazırlayıb.

Etikxeber.az xəbər verir ki, saytın “Instagram” hesabında yayımlanan siyahının birinci pilləsində Rusiyanın SSKA futbol klubunun qapıçısı İqor Akinfeyev qərarlaşıb.

34 yaşlı qolkiper 17 il 3 ay 23 gündür Rusiya klubunun formasını geyinir.

Fransanın “Sent-Etyen” klubunun müdafiəçisi Loik Perren ikinci, İspaniyanın “Barselona” komandasının hücumçusu Lionel Messi isə üçüncü olub.

Dördüncü və beşinci yerləri isə müvafiq olaraq Françesko Manyanelli (“Sassuolo”) və Corco Kyellini (“Yuventus”) tamamlayıblar.

Etikxeber.az

Read Previous

“Çelsi” Jiru ilə-ANLAŞDI…

Read Next

Hesablama Palatasının da hesabatı MM-ə daxil oldu-AYIN 28-DƏ KOMİTƏ İCLASINDA MÜZAKİRƏLƏRDƏN KEÇİRİLƏCƏK – ÖZƏL

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir