23 iyun (haziran) kimin əyri, kimin doğru durduğunu göstərdi.
Etikxeber.az xəbər verir ki, bunu Türkiyənin tanınmış siyasət və dövlət adamlarından olan “İYİ Parti”nin genəl başqanı Meral Akşənər 23 iyun təkrar (bələdiyyə) seçkilərindən sonra partiyasına qarşı güclənən təzyiqlərə və haqqında 3 il öncə başladılan, sonra qapadılan “FETÖ araşdırması”nın yenidən davam etdirilməsinə qərar verilməsinə münasibətini bildirərkən deyib.
“Bizə atdıqları bütün iftiralar boşa çıxdı. Amma bütün o dediklerini tək-tək özləri etdilər.
Türk millətini, Türk milliyətçilərini terrorçuya yazdırdıqları məktuba “pul etməyə” cürət etdilər.
Ancaq 23 iyun Türk milliyətçilərini kimsəsiz, ocaqsız sananlara və terrorçudan yardım uman siyasətləri ilə 5 min illik Türk dövlətinin etibarını yerlə bir edənlərə vurulan bir sillədir…”-deyə, o, sonra sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az