Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Türkiyənin tanınmış dövlət və siyasət adamı, İYİ Partiyasının sədri Meral Akşənər Azərbaycanın eks-prezidenti Əbülfəz Əliyevin (Elçibəy) xanımı Həlimə Əliyevanın vəfatından yazıb.
Etikxeber.az-ın xəbərinə görə, Akşənər mərhumun ailəsinə başsağlığı verib:
“Türk dünyasının birləşməsi və qardaşlığı üçün ömrü boyu mübarizə aparan, mərhum ağsaqqalım Əbülfəz Elçibəyin dəyərli həyat yoldaşı Həlimə xanımı itirməyimizə izaholunmaz dərəcədə üzülürəm. Rəbbim məkanını cənnət etsin”.
Qeyd edək ki, Həlimə Əliyeva dünən Türkiyədə vəfat edib.
O, vəsiyyətinə uyğun olaraq Naxçıvanın Kələki kəndində dəfn olunacaq.
Etikxeber.az