Akşənər mərhum Elçibəyə “dəyərli böyüyüm” dedi – FOTO

Türkiyənin tanınmış dövlət və siyasət adamlarından olan sabiq daxili işlər naziri, eks vitse-spiker, “İYİ Parti”nin genəl başqanı Meral Akşənər Azərbaycan milli-azadlıq hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin vəfatının 19-cu ildönümü ilə bağlı öz “Facebook” səhifəsində status paylaşıb.

Etixeber.az-ın xəbərinə görə, M. Akşənər statusunda bunları qeyd edib:

“Azərbaycanın bağımsızlıq-müstəqillik mücadiləsinin öndəri, örnək dava adamı, Türklük üçün verdiyi mücadilə daim gələcək nəsillərə ilham verəcək dəyərli böyüyüm Əbülfəz Elçibəyi vəfatının  idönümündə saygı, rəhmət və özləmlə anıram”.

O, eyni zamanda, illər öncə Bakıda Elçibəylə birgə çəkdikləri fotonu paylaşıb.

meral-elçibey

Etikxeber.az

Read Previous

Bu dəfə zəlzələ – GORANBOYDA BAŞ VERDİ

Read Next

Krım, digər münaqişə bölgələri “pulla” alına, “icarəyə” götürülə bilərmi? – NATİQ CƏFƏRLİ YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir