Akşənər Milliyyətçi Türkiyə Partiyasını yaradır?

Türkiyənin tanınmış və nüfuzlu siyasətçilərindən olan TBBM başqanının sabiq müavini, eks daxili işlər naziri və bir müddət öncə partiya başqanı Dövlət Baxçalı ilə aralarında ciddi ixtilafların yaranması, təşkilatdaxili müxalifətə keçməsi, yeni başqanlığa iddiasını ortaya qoyması səbəbi ilə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sıralarından uzaqlaşdırıan Meral Akşənərin yeni siyasi qurum yaradacağı iddiaları irəli sürülməkdədir.

Etikxeber.az Türkiyənin haber7.com saytına istinadən xəbər verir ki,  M. Akşənərin təsis edəcəyi siyasi təşkilat tərəfdarlarının Milliyyətçi Türkiyə Partiyası (MTP) adı altında bir araya gələcəyi artıq siyasi kulislərdə yer almaqdadır.

meral-5

“Akşənərin 16 aprel referendumunun ardından siyasi danışmandan iqtisadçısına, proje ürəticisindən və stratejistinə qədər yeni bir kadro yapılanmasına gedəcəyi gündəmə gəlmişdi.

Artıq bu isimlərin-simaların Akşənərin başqanlığında MTP-də bir araya gələcəyi və ilk seçimlərə də bu partiya altında qatılacağı bildirilir…”- deyə, saytın məlumatında sonra qeyd olunur.

Qeyd edək ki, MHP-çilərin ən azı 40 faizi M. Akşənəri dəstəkləyir.

meral abla

meral-yeni

Etikxeber.az

 

Read Previous

Ekoloji qanunvericiliyin pozulmasına görə 142 akt və protokol tərtib olundu – NAZİRLİK

Read Next

Yunusların məhkəməsi təxirə salındı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir