Akşənərdən Kılıcdaroğluna dəstək: “ERKƏN SEÇİMLƏRƏ HAZIRIQ”

“Qorxu dağları gözləyir”.

Etikxeber.az xəbər verir ki, bunu “İYİ” (“Yaxşı”) Partiyasının genəl başqanı Meral Akşənər  təşkilatının iki öncə yaranmasına rəğmən, ona qarşı qapadılma davasının açılması yönündə yayılan xəbərlərə münasibətini bildirərkən deyib.

meral-aksener-iyi-parti-dha-487

O, yayılan xəbərləri gülə-gülə “Nə qədər gözəl…Qorxu dağları gözləyir”-deyə, cavablandırıb.

Xanım Akşənər eyni zamanda, CXP lideri Kamal Kılıcdaroğlunun erkən seçimlər çağırışına müsbət münasibətini ifadə edib.

KEMALLL

“Bizim üçün heç bir sakıncası yox…Biz erkən seçimlərə hazırıq”-deyə, Akşənər vurğulayıb.

Yeri gəlmişkən qeyd edək ki, “İYİ Parti”nin mənzil-qərargahının tikintisinin  yaxın 15-20 gün ərzində başa çatdırılaraq, yeni partiyaçıların istifadəsinə veriləcəyi də gözlənilir.

KAMİL

Etikxeber.az

 

Read Previous

ƏBƏDİ QAYIDIŞ HAQQI – Rafael Hüseynov yazır

Read Next

Millət vəkili məktəblilərlə görüşündə nə dedi? – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir