“Yaxşı ki, yaxşılar var…” – AKŞƏNƏR – O, TƏK ADAY OLACAQ – FOTOLAR – YENİLƏNİB

Bu gün (bu saatlarda) Ankarada  İdman Sarayında “İYİ PARTİ”nin növbəti (son 4 ayda ikinci) konqresi (qurultayı) öz işinə başlayır.

Etikxeber.az-ın xəbərinə görə, qurultayda “İYİ PARTİ”nin genəl başqanı xanım Meral Akşənərin “Manifest” kimi geniş çıxış edəcəyi gözlənilir.

iyi-parti-kurultay-foto-1-zeynep

Qurultayda partiyanın yeni yönəmi (rəhbərliyi) formalaşdırılacaq.

M. Akşənər partiyanın genəl başqanlığına və cümhurbaşqanlığına tək adayı (namizədi) olacaq.

Artıq qurultay keçirilən salon azğınacan dolub, yüzlərlə, minlərlə insan binanın çölündə qalıb, onu kənardan izləyəcək.

iyi-parti-kurultay-foto-gazete

Qurultayda iştirak etmək üçün AKP, CXP, Demokrat və Səadət partiyalarına dəvət göndərilib.

MHP və HDP-yə dəvət göndətilməyib.

***

iyi-parti-kongresinden-foto-sozcu-1

M. Akşənər qurultay keçirilən salona gəlib və qısa çıxış edib.

“Bu günü göstərən Allaha minlərcə şükür. Yaxşı ki, Siz varsınız, yaxşı ki, yaxşılar var. Sağ olun, xoş gəldiniz”– deyib.

***

abdullatif-sener-foto-iha_16_9_1522571903

Qurultayda sürpriz də yaşanıb.

Belə ki, AKP-nin qurucularından olan və sonradan istefa verən baş nazirin sabiq müavini Abdullatif Şener də qurultaya qatılıb.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

“Dünyanın hələ də gözü kor, qulağı kardır…” – DEPUTATLAR SOYQIRIMI QURBANLARINI ANDI- FOTOLAR

Read Next

Akşənərdən Ərdoğana növbəti ittiham(lar): SİZİ SURİYADA “KULLANIRLAR” – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir