Akşənərdən Ərdoğana növbəti ittiham(lar): SİZİ SURİYADA “KULLANIRLAR” – FOTOLAR

“Hörmətli Ərdoğan “iqtisadiyyatımız uçur” deyir. İstanbullu ticarətçilər isə  bunların iqtisadiyyatını, iqtisadi inkişafını, deyimlərini belə qiymətləndirir: Hava soyuq deyil deyirlər, amma biz nədən üşüyürük?!”.

Etikxeber.az xəbər verir ki, bunu “İYİ PARTİ”nin növbəti qurultayında çıxşı zamanı genəl başqan Meral Akşənər bəyan edib.

“İyi Parti” bunların-hakimiyyətdəkilərin öz tərəfdaşlarının ciblərinə axıtdıqlarını onlardan alıb, millətə qaytarmağa qararlıdır.

Baxın, son on ildə dövlətin əliylə edilənlərin, həyata keçirilən işlərin  tamamı-hamısı bir Atatürk barajı etmir.

iyi-parti-kongresinden-foto-sozcu-1

Nyu-Yorkdakı bir insan nədən bizdən daha ucuz qiymətə ət yeyir?

Bizdə isə artıq pişiklər belə qəssabxanaların önündən keçmir.

Çıxdınız dediniz ki,  eyy Amerika sənə bir Osmanlı yumruğu atarıq, ardınca isə onlara şəkər fabrikalarını satdınız.

ABŞ Suriyadan çəkilir.

Ancaq Sizi Suriyada bomba təmizləyicisi olaraq istifadə edirlər.

Güclü qonşular daha güclü bir Türkiyə deməkdir.

Neft dönəmi bitir, siz isə hələ də  Yaxşın Şərqin  barmaq sallayanı olmaq axtarışdasınız”-deyə, Akşənər sözlərinə əlavə edib.

Qeyd edək ki, bu gün Ankarının İdman salonunda on minlərlə insanın qatıldığı və yaxından izlədiyi “İYİ PARTİ”nin ikinci qurultayı keçirilir.

Qurultayda partiyanın yeni rəhbərliyinin formalaşdırılması və həm genəl başqanlığa, həm də prezidentliyə namizəd kimi xanım Akşənərin namizdəliyinin irəli sürülməsi və dəstəklənməsi gözlənilir.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Yaxşı ki, yaxşılar var…” – AKŞƏNƏR – O, TƏK ADAY OLACAQ – FOTOLAR – YENİLƏNİB

Read Next

Akşənər yenidən “İYİ PARTİ”nin başqanı seçildi, partiya rəhbərliyində dəyişikliklər oldu…- FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir