Aktyor Məhərrəm Qurbanov vəfat etdi – VİDA MƏRASİMİ SABAH “TƏZƏ PİR”DƏ OLACAQ

Aktyor Məhərrəm Qurbanov vəfat edib. 

Etikxeber.az-ın xəbərinə görə, bu haqda mətbuaata açıqlamasında aktyorun qızı Aytən Qurbanova məlumat verib.

Bildirib ki, atası bu gün axşam saatlarında vəfat edib: “Xəstəxanadan bizə dedilər ki, atanızın vəziyyəti ağırdır, bir neçə saat ömrü qalıb. Biz də xəstəxanadan çıxarıb evə gətirdik, yolda keçindi”.

 Qeyd edək ki, M.Qurbanov avqustun 19-da beyin insultu diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.
O, 1959-cü ildə Gəncədə anadan olub. Uzun müddət Azərbaycan Dövlət Akademik Musiqili Teatrda fəaliyyət göstərib.
Geniş tamaşaçı kütləsi Məhərrəm Qurbanovu “İmtahan” serialının Eldarı kimi tanıyır. Aktyor “Qız Qalası”, “Ərazi” filmlərində də çəkilib.
***

Aktyor Məhərrəm Qurbanovla vida mərasimi avqustun 22-i saat 11:00-da “Təzə Pir” məscidində olacaq.

Bu barədə  də aktyorun qızı Aytən Qurbanova məlumat verib.

Mərhum Yasamal qəbiristanlığında dəfn olunacaq.

Allah rəhmət  etsin!

Etikxeber.az

Read Previous

XDMX-nin hərbi qulluqçuları və mülki işçiləri təltif edildi – SƏRƏNCAMLAR

Read Next

“Trabzonspor” “Liverpul”dan Starrici transfer etdi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir