Aktyor qardaşlara ağır itki – Kiçik qardaş dünyasını dəyişdi – FOTOLAR

“Teatrımızın aktyorları Nadir müəllim və Səməd bəy Xasıyevlərin ailəsinə ağır itki üzvü verib”.

Etikxeber.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktyoru Elməddin Dadaşzadə öz “Facebook” səhifəsində yazıb.

“Ailənin kiçik övladı Tural bəy cavan yaşında bu dünyaya vida edib, aramızdan köç edərək, əbədiyyətə qovuşdu. Başsağlığı verirəm ailəsinə. Ruhu şad olsun, yeri cənnətməkan!

Həyat cox fanidir. Əlimzdən nə gəlir ki…”-deyə, o, daha sonra yazıb.

Qeyd edək ki, mərhumun qardaşı aktyor Nadir Xasıyev 1961-ci ildə 24 dekabr tarixində Ağsu rayonun Bico kəndində ziyalı ailəsində anadan olub. 1984-cü ildə İncəsənət İnstitutunun musiqi komediya aktyoru fakültəsini, 1998-ci ildə isə Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının vokal şöbəsini bitirib. Bir müddət Sumqayıt Dövlət Musiqili Dram Teatrında aktyor işlədikdən sonra 1993-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət olunub.

Allah rəhmət etsin!

nadir-xasiyev-7

semed

Etikxeber.az

Read Previous

Səsvermə başa çatdı

Read Next

Azərbaycan-Norveç: 1-0 – Millimiz qrup lideri oldu – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir