Aleksandr Səmədov karyerasını Moskva “Spartak”ında davam etdirəcək

Rusiyanın “Lokomotiv” klubunun futbolçusu Aleksandr Səmədov karyerasını Moskvanın digər klubu “Spartak”da davam etdirəcək.

Etikxeber.az “Sport-ekspress” qəzetinin rəsmi saytına istinadla xəbər verir ki, 32 yaşlı Azərbaycan əsilli yarımmüdafiəçi ilə 2 il yarımlıq müqavilə imzalanması nəzərdə tutulub. Yaxın vaxtlarda bağlanacağı gözlənilən müqavilənin şərtlərinə əsasən, A.Səmədov ilinə 1.8 milyon avro gəlir əldə edəcək.

Xatırladaq ki, “dəmiryolçular”ın baş məşqçisi Yuri Syomin A.Səmədovu əvəzedici heyətə göndərib.

Etikxeber.az

Read Previous

Həddindən çox su içmək insanı koma vəziyyətinə sala bilər

Read Next

“Bir günəş altında” filminin təqdimatı oldu – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir