“Ali Baş Komandan qətiyyətli və birmənalı şəkildə bəyan etdi ki, Azərbaycan bundan sonra da əlindən gələni edəcək ki, öz ərazi bütövlüyünü bərpa etsin”-ELDAR İBRAHİMOV

İyulun 12-si və 13-də dünya, beynəlxalq ictimaiyyət bir daha işğalçı və təcavüzkar Ermənistanın əsl, murdar simasını gördü.

İşğalçı və təcavüzkar ölkənin cinayətkar hərbi birləşmələri növbəti dəfə atəşkəsi və sərhədlərimizi pozaraq, Azərbaycan-Ermənistan sərhəddinin Tovuz istiqamətində vəziyyəti gərginləşdirməyə cəhd etdilər, təxribata əl atdılar.

Çünki təxribat, fitnəkarlıq, cinayətkarlıq bunların canında, qanındadır. Ancaq dərhal laqiqli cavablarını aldılar.

Sərhədlərimizin keşiyində dayanan mərd və igid oğullarımız, Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitləri ermənilərin, Ermənistan qoşunlarının layiqli cavabını və cəzasını verdilər. Məlumatlara görə, ermənilərin, Ermənistanın xeyli sayda silah-sursatı, texnikası, artilleriyası, canlı qüvvəsi məhv edilib. Ermənilər nə qədər gizlətməyə çalışsalar da, əsl vəziyyət belədir, böyük itkilər veriblər.

Azərbaycan Ordusu, Azərbaycan əsgəri bir daha 2016-cı ilin Aprel döyüşlərində və 2018-ci ilin Cünnüt əməliyyatlarında olduğu kimi, özünün nəyə qadir olduğunu və ola biləcəyini nümayiş etdirdi. Bir daha göstərmiş oldu ki, ermənilərin, Ermənistanın istənilən hücumlarına, təxribatlarına layiqli cavab verməyə hazır və qadirdir. Eyni zamanda, bir daha həm işğalçı və təcavüzkar ölkəyə, həm də onların himayədarlarına, 30 ildən çoxdur onların nazı ilə oynayanlara, bütün cinayətlərini görməzdən gələnlərə, o cümlədən, ATƏT-ə, Minsk qrupuna, həmsədrlərə nümayiş etdirmiş oldu ki, Azərbaycan Ordusu, Azərbaycan dövləti torpaq, Qarabağ məsələsində bir addım olsun belə geriyə çəkilən, güzəştə gedən deyil.

İndiyə kimi geri çəkilməyib, güzəştə getməyib, bundan sonra da güzəştə getməyəcək, geri çəkilməyəcək, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin də dəfələrlə bəyan etdiyi kimi, bu torpaqlarda artıq ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verilməyəcək. Dünən baş verən hadisələrlə, sərhəddə yaranmış gərgin vəziyyətlə bağlı ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının təcili toplantısı keçirildi və dövlət başçısı tərəfindən bir daha Azərbaycan dövlətinin birmənalı və qətiyyətli mövqeyi hər kəsə bəyan olundu.

Ölkə Prezidenti bəyan etdi ki, Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınmışdı, düşmənə adekvat cavab verildi. Həmçinin, hərbçilərimizin qisası alındı, Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı, Azərbaycan öz dövlət sərhədini qorudu. Eyni zamanda, baş verənlərə görə, bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin daşıdığı ifadə edildi. Çünki qeyd edildiyi kimi, məhz Ermənistan rəhbərliyinin ikiüzlü və riyakar fəaliyyətinə görə belə hadisələr baş verir. Dövlət başçısı onu da bildirdi ki, bu çirkin əməllərə əl atmaq onların təcavüzkar siyasətinin təzahürüdür.

“Bu siyasəti məntiqlə izah etmək mümkün deyil. Çünki bu siyasət olduqca ziddiyyətlidir və bu siyasət Ermənistan üçün böyük təhlükə mənbəyidir. Çünki mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, Azərbaycan heç vaxt işğal edilmiş torpaqlarının bu vəziyyətdə qalması ilə barışmayacaq, işğalla barışmayacaq” -deyərək, Ali Baş Komandan qətiyyətli və birmənalı şəkildə bəyan etdi ki, Azərbaycan bundan sonra da əlindən gələni edəcək ki, öz ərazi bütövlüyünü bərpa etsin. Bəli, inanırıq və qəti əminik ki, belə də olacaq, Ali Baş Komandanın əmri və rəhbərliyi ilə Azərbaycan Ordusu tezliklə işğal faktına son qoyacaq, Qarabağ və ona bitişik işğal olunmuş digər ərazilərimizi son qarışınacan düşməndən azad edəcək.

İndi növbə işğalçı dövlətindir. O, Azərbaycan Prezidentinin son xəbərdarlığından, bəyanatından ciddi nəticə çıxarmalıdır. Nətici çıxarmasa, ibrət götürməsə, o zaman Aprel hadisələrinin, eləcə də, son iki gündə yaşananların daha ağırını yaşamalı olacaq. Seçim özlərinindir.

Eyni zamanda, son hadisələr ilərdir ki, quru, boş, mənasız bəyanatlar verməklə məşğul olan ATƏT və onun Minsk qrupuna bir dərs olmalıdır. Məhz onların fəaliyyətsizliyi, ədalətsizliyi, ikili, üçlü standartları üzündən Ermənistan özünü bu qədər qudurğan aparır.

Əgər Minsk qrupu, həmsədrlər vaxtında Ermənistanın cəzasını versəydilər, məlum hadisələr yaşanmaz, münaqişə həllini tapmşı olardı. Ona görə Minsk qrupu, həmsədrlər artıq söz oyununu yığışdırmalı, konkret, əməli, real addımlara keçməli, Ermənistanı işğala son qoymağa məcbur etməlidir.

Bu, onların birbaşa vəzifəsi və missiyasıdır.

Buyursunlar, zəhmət çəksinlər öz vəzifələrini, missiyalarını yerinə yetirsinlər, ya da kənara çəkilsinlər, biz özümüz bildiyimiz kimi münaqişəni həll edək və torpaqlarımızın işğalına son qoyaq.

Eldar İBRAHİMOV,

Milli Məclisin İntizam komissiyasının sədri, professor,

Etikxeber.az

Read Previous

“Ali Baş Komandanımızın qeyd etdiyi kimi, düşmənə yenidən onun öz yerini göstərəcəyik”-JALƏ ƏLİYEVA İŞĞALÇI ERMƏNİSTANIN YENİ VƏ DAHA AĞIR “APREL DÖYÜŞLƏRİ” İLƏ ÜZ-ÜZƏ QALACAĞINI İSTİSNA ETMƏDİ

Read Next

“Həmsədr ölkələr və beynəlxalq ictimaiyyət təcili tədbirlər görməlidir”-PREZİDENTİN KÖMƏKÇİSİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir