“Ali Baş Komandanın Ağdama səfəri əsl Zəfər triumfudur”-BƏHRUZ MƏHƏRRƏMOV

Ali Baş Komandan İlham Əliyev və birinci vitse-prezident xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Ağdam şəhərinə səfəri xeyirin şər üzərində qələbəsinin rəsmiləşdiyi andır. Bu, əsl ZƏFƏR TRİUMFUDUR!

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib.

Qeyd edib ki, torpağımızın hər qarışı bizim üçün önəmlidir, amma Ağdamın xüsusi əhəmiyyəti ondadır ki, düşmən milyardlar xərcləyib 28 ildir möhkəmləndirdiyi müdafiə istehkamlarını kapitulyasiya şərti kimi, Prezident İlham Əliyevin diqtəsi ilə, rüsvayçılıqla boşaltmağa məcbur edildi.

“Bu bizim tariximizdə rastlaşa biləcəyimiz nadir hadisələrdəndir. Həqiqətən də hər birimiz müzəffər Ali Baş Komandanın qətiyyəti, ordumuzun rəşadəti sayəsində AZƏRBAYCANLI olmağımızla bir daha qürur duymaqdayıq!”-deyən millət vəkili həmçinin qeyd edib ki, ötən 28 il ərzində işğal altında olan torpaqlarımızdakı məscidlər donuz damına və tövləyə çevrilmişdi. Müqəddəs hesab etdiyimiz bütün məkanlar vandalların murdar hücumuna məruz qalmaqdaydı.

“28 il nəinki bu millətin, ümumiyyətlə, müsəlman aləminin inancı, etiqadı alçaldılmaqdaydı. Bu mənada, Prezident İlham Əliyev 44 günlük müharibədə tarixi ədaləti bərpa etməklə eyni zamanda məscidləri, ibadətgahları təhqirdən, İslam dünyasını isə böyük utancdan xilas etdi!”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Şıxheybətli Qazinin Şəhid oğlu…-MİLLƏT VƏKİLİ YAZDI

Read Next

“Getsinlər öz ölkələrində problemlərlə məşğul olsunlar, bizim işimizə burunlarını soxmasınlar. Heç kim bizim işimizə qarışmasın. Biz özümüz gəlmişik buraya…”-İlham Əliyev və Mehriban Əliyeva Ağdama – SƏFƏR ETDİ – FOTOLAR – YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir