“Ali Baş Komandanın dediyi kimi, kimsə xalqımız təhqir etməyə çalışsa, dərsini elə alacaq ki, 44 günlük müharibə onun yanında yalan olacaq… Həm də Qarabağ bölgəsində cənnət yaradacağıq!”-ELDƏNİZ SƏLİMOVDAN İLİN İLK YAZISI

“Əgər kimsə Ermənistanda bu gün revanş hissi ilə yaşayırsa, böyük səhv edir. O 44 günlük müharibəni onlar heç vaxt unutmasınlar. Bundan sonra əgər kimsə Azərbaycan xalqını təhqir etməyə çalışsa, elə dərsini alacaq ki, o 44 günlük müharibə onun yanında yalan olacaq”.

Bu fikirlər Qalib ölkənin Müzəffər Ali Baş Komandanı, ölkə Prezidenti cənab İlham Əliyevə məxsudur.

Qalib Sərkərdə bu fikirləri dekabrın 31-də Azərbaycan xalqına müraciətində səsləndirdi.

Bu fikirlər, bu mövqe sözün əsl mənasında Qalib ölkənin, Qalib xalqın, Qalib dövlətin dik duruşu, Qabiliyyətin, Zəfərin əsas memarı olan Müzəffər Ali Baş Komandanın növbəti əzələ nümayişi, növbəti cəsarət, qətiyyət, iradə bəyanı, təcəssümüdür.

Belə də olmalıdır, belə də olub, belə də olacaq, bizə-Qalib Komandana, Qalib dövlətə, Qalib xalq yaraşan da budur.

Bizi zəif, bizi gücsüz görənlərə, bizə xor baxanlara cəmi 44 gündə yenidən və bir daha öz gücümüzü, öz əzmimizi, öz iradəmizi göstərdik, nümayiş etdirdik.

Nümayiş etdirdik ki, bizimlə zarafat etmək, bizimlə zor, təhdid, diktə ilə danışmaq olmaz, bu, mümkün deyil və bunu edənlər, bu mövqedə olanlar öz əməllərinin, öz niyyətlərinin, öz addımlarının əks, buneranq effektini, fiaskosunu yaşayacaqlar-həm sahada, həm də masada…

Elə də oldu, həm gözü qandan doymayan, qandan bəslənən, insanlıq adına utanc olan ermənilər, həm onların terror, faşist, ələbaxan, vassal dövləti, həm də qanlı və məkrli havadarları sentyabrın 27-dən noyabrın 9-can istər sahada-döyüş meydanında, istərsə masada-siyasət və diplomatiya səngərində fiaskoya, rəzalətə, təslimiyyətə uğradıldı…

Müzəffər Ali Baş Komandanın şanlı və rəşadətli Ordusu, igid, cəsur Azərbaycan Əsgəri, hər zaman dövlətinin, dövlətçiliyinin yanında olan Azərbaycan xalqı öz “Dəmir Yumruğ”unu alçaq və şərəfsiz düşmənin, onun himayədarlarının başına endirdi, 32 illik qanlı Qarabağ münaqişəsinə son qoydu…Özü də öz gücünə, öz hesabına, özünə olan inamına!

Bütün dünya bir daha Azərbaycanı görməyə, tanımağa, onunla hesablaşmağa məcbur oldu, məcbur edildi…Diktə edən biz olduq, bundan sonra da diktə edən yenə biz olacağıq.

Artıq heç kimin nazı ilə oynanılmayacaq, kiminsə dəcəlliyinə, şıltaqlığına dözülməyəcək…

“Dəmir Yumruq” hər zaman əlimizdə və “Domokl qılıncı” kimi, başlarının üzərində olacaq bizimlə yenidən oyun oynamaq istəyənlərin, bizim səbrimizi yenidən yoxlamaq, dənəmək, tarıma çəkməyə cəhd fikrinə, xəyalına düşənlərin!

Bəli, Ali Baş Komandanın da bir daha bəyan etdiyi kimi, 44 gün ərzində Azərbaycan Ordusu Ermənistan ordusunu darmadağın etdi. Bizim qəhrəman əsgər və zabitlərimiz Azərbaycanın gücünü göstərdi.

Düzgün planlaşdırılmış və həyata keçirilmiş əməliyyatlar sayəsində, texniki imkanlardan istifadə edərək, qəhrəman övladlarımızın qəhrəmanlığına, rəşadətinə söykənərək biz mümkün olmayanı etdik, düşməni məhv etdik, düşmən ağ bayraq qaldırdı, düşmən diz çökdü.

Üç yüzdən çox şəhər və kəndlərimizi işğaldan azad edəndən sonra, qədim Azərbaycan şəhəri, hamımız üçün doğma olan Şuşanı və ardınca bir çox kəndləri azad edəndən sonra düşmən tam təslim oldu, kapitulyasiya aktına imza atdı və işğalda olan digər torpaqlardan geri çəkilməyə məcbur oldu.

Müharibə arxada qaldı. Müharibə bizim gücümüzü göstərdi, əyilməz iradəmizi göstərdi, birliyimizi göstərdi, müharibə rəmzinə, qələbə rəmzinə çevrilən dəmir yumruq öz gücünü göstərdi. Bu, həm birlikdir, həm gücdür.

Cəmiyyətimizdə birlik də var, ölkəmizin gücü də var və həmişə olacaq.

Bəli, bizi qarşıda, bizi yaxın gələcəkdə böyük işlər gözləyir, ölkəmiz üçün yeni dövr başlayır, quruculuq dövrü, inkişaf dövrü, torpaqlarımızın bərpası günləri bizi gözləyir.

Bu dövr şərəfli dövr olacaq.

Baxmayaraq ki, düşmən işğal etdiyi və artıq azad olunmuş torpaqlarda hər şeyi dağıdıb, ancaq biz bütün şəhərlərimizi bərpa edəcəyik, kəndlərimizi bərpa edəcəyik, Qarabağ bölgəsində cənnət yaradacağıq.

Bizim xalqımız buna layiqdir. Bizim xalqımıza qələbə yaraşır və qələbə həmişə bizimlə olacaq!

Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanındır!

10:46, 2 yanvar

Eldəniz SƏLİMOV,

Millət vəkili

Etikxeber.az


Read Previous

Təhsil haqları, ödənişli təhsil məsələsində nəhayət, güzəştə gediləcəkmi?-KAMİL HƏMZƏOĞLU YAZDI

Read Next

Aronyana qalib gələn Teymur Rəcəbov “Airthings Masters”in-QALİBİ OLDU – PREZİDENTLƏ BİRİNCİ VİTSE-PREZİDENTDƏN TƏBRİK – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir