“Ali Baş Komandanın qeyd etdiyi kimi, heç bir qüvvə bizə təsir edə bilməz…Düşməni sona qədər qovacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik…Üçrəngli bayrağımızı Kəlbəcərdə, Laçında, Ağdərədə, Xocalıda, Şuşada, Xankəndidə, Əsgəranda da dalğalandıracağıq”-KAMİLƏ ƏLİYEVA SON GÜNLƏRİN ZƏFƏRLƏRİNDƏN BƏHS ETDİ

Bu gün Ermənistan rəhbərliyi vətəndaşlarını, hətta qadın və uşaqları, məktəbliləri zorla Qarabağa döyüşə göndərir. Artıq Ermənistan cəmiyyəti Azərbaycan Ordusunun gücünü görür və bu ordu ilə vuruşmaqla özlərini ölümə məhkum etdiklərini başa düşürlər. Başa düşürlər ki, onlar başqa dövlətin torpaqlarında döyüşə göndərilir.

Bunu Ermənistan Ordusundan əsir düşmüş hərbçilərin dedikləri də sübut edir. Buna görə də Ermənistan vətəndaşları istənilən yolla döyüşə getməkdən imtina edirlər. Görün nə həddə gəlib çatıblar kı, COVID -19 xəstəliyindən də manipulyasiya edirlər.

Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında deputat, BDU-nun kafedra müdiri, professor Kamilə Əliyeva deyib.

Deputat bildirib ki, erməni gəncləri, özlərini koronavirusa yoluxmuş kimi göstərməyə razıdırlar, nəinki Qarabağa döyüşə getsinlər. Bu cür hiyləgər və şərəfsiz fikirlər heç bir xalqın ağlına gəlməzdi, lakin ermənilər bunu da etdilər.

“Ermənistanda fərarilik, ordudan yayınma hallarının baş verməsi bir daha Ermənistan ordusunda ruh düşkünlüyünün olmasını açıq-aydın göstərir. Digər tərəfdən Ermənistanda sosial vəziyyət o qədər ağırdır ki, artıq cəmiyyətdə rüşvətxorluq və korrupsiya halları pik həddinə çatıb. Bu artıq Ermənistanın iflasını və məğlubiyyətinin yaxınlaşmasının təzahürüdür”-deyən millət vəkili eyni zamanda, Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun günbəgün, anbaan tam Qələbəyə, Zəfər yaxınlaşdığını, işğaldan azad olunmuş ərazilərin əhatə dairəsini genişləndirdiyini bildirib.

Millət vəkilinin sözlərinə görə, elə son günlər ərzində Xocavəndin, Cəbrayılın, Füzulinin daha bir neçə bölgəsinin, o cümlədən, Zəngilan şəhərinin, rayonun bir neçə kəndinin, strateji əhəmiyyətli Ağbənd qəsəbəsinin işğaldan azad edilməsi, İranla dövlət sərhəddinin tam nəzatətə götürülməsi, eləcə də, Qubadlı şəhərinin və rayonun bir neçə kəndinin düşmən tapdağından qurtulması müzəffər və rəşadətli Azərbaycan Ordusunun Zəfər yürüşünün və düşmənin acı məğlubiyyətinin əyani sübutudur.

“Bəli, Ordumuz hər gün, hər an Qələbə, Zəfər, Tarix yazır, düşmənə, onun havadarlarına sözün əsl mənasında Dərs keçir. Tarixi, möhtəşəm anlar yaşayarıq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə keçirilən operativ müşavirədə də deyildiyi kimi, bir aya yaxındır müharibə gedir və bu müddət ərzində ölkəmiz döyüş meydanında böyük uğurlar əldə edib. Hər gün cəbhədən yaxşı xəbərlər gəlir. İşğal olunmuş torpaqlarımızın bir hissəsi bu müddət ərzində işğalçılardan azad edilib, 100-dən çox yaşayış məntəqəsi – şəhərlər, kəndlər işğalçılardan azad olunub. Azad edilmiş şəhər və kəndlərimizdə artıq Azərbaycan bayrağı ucaldılıb.

Həmçinin, müşavirədə qeyd olunduğu kimi, ancaq görünən budur ki, faşist və terrorist dövlət olan  Ermənistan işğal olunmuş torpaqlardan öz xoşu ilə çıxmaq fikrində deyil. Bir daha görürük ki, Ermənistan ötən illər ərzində, sadəcə, vaxt udmaq, danışıqlarda imitasiya aparmaq və status-kvonu əbədi etmək fikrində idi. Əfsuslar olsun ki, beynəlxalq vasitəçilər də işğalçı dövlətə lazımi təzyiq göstərə bilməyib, yaxud da ki, bunu etmək istəməyiblər. Əks təqdirdə, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi kağız üzərində qalmazdı. Eyni zamanda, çox təəssüflər olsun ki, onlara-murdar düşmənə təsir , təzyiq göstərilmir, əksinə, bizə təsir və təzyiq cəhdləri müşahidə olunur. Əlbəttə ki, heç kim bizə, bizim iradəmizə heç kim təsir edə bilməz. Bu, indiyə qədər mümkün olmayıb, bundan sonra da mümkün olmayacaq.

“Sadəcə olaraq, bizim hərbçilərimiz və vətəndaşlarımız bilsinlər ki, həm cəbhədə, həm siyasi arenada çox ciddi mübarizə gedir, çox ciddi mübarizə gedir. Biz döyüş meydanında qan tökürük, bu qəhrəmanlarımızın canı-qanı bahasına torpaqlarımızı işğalçılardan azad edirik, eyni zamanda, siyasi səhnədə də müqavimət göstəririk, mərdlik göstəririk, öz mövqeyimizi müdafiə edirik”-deyə, qeyd edən Ali Baş Komandanın vuğruldağı kimi, Azərbaycan heç nəyə baxmadan, heç bir təzyiqə fikir vermədən öz ərazi bütövlüyünü bərpa edəcək. Çünki biz öz torpağımızda vuruşuruq. Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, tarixi ədalət bizim tərəfimizdədir. Biz ərazi bütövlüyümüzü bərpa etməliyik, işğalçıları öz torpaqlarımızdan qovmalıyıq, ölkəmizin suverenliyini təmin etməliyik. Biz buna da nail olacağıq. Eyni zamanda, atəşkəs də qeyd-şərtsiz ola bilməz. Çünki dövlət başçısının da qeyd etdiyi kimi, yenə 27 il, yenə 30 il bizim başımızı aldadacaqlar, yenə 30 il buraya nümayəndə heyətləri gələcək, danışıqlar aparılacaq.

“Biz boğaza yığılmışıq, Azərbaycan xalqının səbri tükənib. İyirmi səkkiz il bundan əvvəl Minsk qrupu yaradılıb. İyirmi səkkiz il bizi aldadırlar. İyirmi səkkiz il bizə söz veriblər, vəd veriblər ki, gözləyin, dayanın, Ermənistana təzyiq edəcəyik, belə edəcəyik, elə edəcəyik. Hamısı yalan idi. Hər kəs də bunu görür-deyən dövlət başçısı bir daha qətiyyətli və birmənalı şəkildə bildirdi ki, bundan sonra da haqq yolumuzdan dönməyəcəyik! Heç bir qüvvə bizim iradəmizə təsir edə bilməz. Düşməni sona qədər qovacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik, üçrəngli bayrağımızı Kəlbəcərdə, Laçında, Ağdərədə, Xocalıda, Şuşada, Xankəndidə, Əsgəranda dalğalandıracağıq.

Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanındır”-deyə, K. Əliyeva sözlərinə əlavə edib.

Etikxeber.az


Read Previous

“Bu günləri çox gözlədik və gözləməyə də dəyərmiş…Qələbələrimiz hələ çox olacaq…”-JALƏ ƏLİYEVA QUBADLI ŞƏHƏRİNİN VƏ DİGƏR YURD YERLƏRİNİN İŞĞALDAN AZAD OLUNMASINDAN DANIŞDI…

Read Next

“Ermənistan baş naziri növbəti dəfə yalan danışır… Növbəti dəfə humanitar atəşkəsin pozulmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür…”-PREZİDENTİN KÖMƏKÇİSİ – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir