Ali komissar da irqçi təhqirlərə məruz qalan qanalı futbolçunun hərəkətinə haqq qazandırdı

BMT-nin insan haqları üzrə ali komissarı Zeyd Raad əl Hüseyni irqçi təhqirlərə məruz qalan İtaliyanın “Peskara” klubunun futbolçusu Salli Muntarinin oyunu tərk etmək qərarını dəstəkləyib.

Etikxeber.az Reuters agentliyinə istinadən verdiyi xəbər verir ki, əl Hüseyni bu addımın  BMT-nin insan haqları üzrə idarəsinin bütün əməkdaşlarına ruhlandırıcı təsir göstərdiyini vurğulayıb.

Ötən gün İtaliya çempionatının 34-cü turunda, “Kalyari” – “Peskara” matçında irqçi insident yaşanıb. Oyunun son dəqiqələrində meydan sahiblərinin azarkeşləri Salli Muntariyə qarşı irqçi şüarlar səsləndirib.

Qanalı futbolçu bu barədə matçın baş hakiminə məlumat verib.

Buna cavab olaraq hakim S.Muntariyə sarı vərəqə göstərib. Futbolçu isə etiraz əlaməti olaraq meydanı tərk edib.

Etikxeber.az

Read Previous

İlham Əliyev Ramiz Quliyevi “Şərəf” ordeni ilə təltif etdi

Read Next

“Buyurun, bu da sizin üçün təzə xəbər…” -TRAMP KİMLƏ GÖRÜŞƏ HAZIRDIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir