Ali Məhkəmə Lapşının şikayətinə baxacaq

Belarus Ali Məhkəməsi fevralın 7-də bloqger Aleksandr Lapşının Azərbaycana ekstradisiyası ilə bağlı məsələyə baxacaq.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə APA-ya Belarus Ali Məhkəməsinin mətbuat katibi Yuliya Lyaskova məlumat verib.

O, bildirib ki, fevralın 7-də yerli vaxtla saat 10:00-da Ali Məhkəmə qapalı iclasda Baş Prokurorluğun A. Lapşının Azərbaycana ekstradisiyası ilə bağlı qərarının qüvvədə saxlanmasına dair Minsk şəhər Məhkəməsinin 26 yanvar 2017-ci ildə çıxardığı qərarın qanunauyğun və əsaslı olub-olmadığını araşdıracaq.

Qeyd edək ki, Rusiya, İsrail və Ukrayna vətəndaşlığı olan bloqger Aleksandr Lapşin 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olub. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edib. Azərbaycan Baş Prokurorluğu A. Lapşin haqqında Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi qaldırıb və o, beynəlxalq axtarışa verilib. A. Lapşin Belarusda saxlanılıb. Belarus baş prokurorunun müavini Azərbaycan tərəfinin ekstradisiya tələbini haqlı sayıb. A. Lapşinin vəkili bu qərardan Minsk şəhər Məhkəməsinə şikayət edib. Lakin Minsk şəhər Məhkəməsi Baş Prokurorluğun qərarını əsaslı sayıb. Bu qərardan isə Ali Məhkəməyə şikayət verilib.

Etikxeber.az 

Read Previous

Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla görüşü olub – FOTO

Read Next

Fevralın 7-nə USD/AZN rəsmi məzənnəsi 1,8769 manat səviyyəsində müəyyən olundu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir