“Ali məktəb dərsliklərində problemlər var…” – PARLAMENTİN KOMİTƏ SƏDRİ

Azərbaycanda ali məktəb dərsliklərində problemlər var. Xüsusən təbiət elmləri, riyaziyyat sahəsində tərcümə edilmiş, köhnəlmiş ədəbiyyatlardan istifadə olunur.

Etikxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin (MM) Elm və təhsil komitəsinin iclasında çıxış edən komitə sədri, akademik İsa Həbibbəyli deyib.

Komitə sədrinin sözlərinə görə, orta məktəb dərsliklərinin hazırlanması ilə bağlı mühüm nailiyyətlər əldə edilib:

“Bu il ilk dəfə olaraq, 1-ci sinif şagirdləri üçün “Riyaziyyat” dərsliyini iki hissədən ibarət kitab formasında çap edib. Bu, bizim dərsliklərin çəkisinin yüngülləşdirilməsi üçün apardığımız müzakirələrin konkret nəticəsidir. Amma ali məktəb dərsliklərində problemlər var”.

isaHebibbeyli-750x445

Komitə sədri qeyd edib ki, ali məktəblərin bakalavriat səviyyəsi üçün müəyyən dərsliklər olsa da, magistratura səviyyəsi üzrə dərsliklərin hazırlanması prosesi çox ləng gedir.

Onun dediyinə görə, bəzən magistratura səviyyəsi üçün bakalavriat səviyyəsi üçün olan dərsliklərdən istifadə edilir:

“Magistratura üçün proqramlar bakalavriat səviyyəsi üzrə olan proqramlardan fərqlənmir, bu proqramlar bir-birindən xeyli fərqləndirilməlidir. Magisttratura üçün dərsliklərin hazırlanması prioritet olmalıdır”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Ailənin bir üzvünün bir rayona, digər üzvünün digər bir rayona düşməsi halları kimi problemlərə rast gəlinir…” – KOMİTƏ SƏDRİ

Read Next

Sərdar Fərəcov, Oqtay Rəcəbov, Vasif Allahverdiyev… – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir