Ali məktəblərə qəbul olanların qeydiyyat başa çatır-BU GÜN

Sentyabrın 23-də abituriyentlərin qəbul olunduqları ali təhsil müəssisələri üzrə qeydiyyat prosesi yekunlaşır.

Proses bu gün saat 12:00-dək davam edəcək.

Etikxeber.az bildirir ki, Təhsil Nazirliyindən verilən xəbərə görə, qəbul olunan abituriyentlər qeyd olunan tarixədək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Qeyd edək ki, abituriyentlərin qeydiyyatı ilə bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərir.

Etikxeber.az

Read Previous

İsraildə səfirliyimizin açılması bölgədə sülhü təhdid edən şər qüvvələr üçün də ən tutarlı cavab olar-MİLLƏT VƏKİLİNDƏN TƏKLİF-YAZI

Read Next

Sosial şəbəkələrdə onlayn yolla narkotik satışı təşkil edən narkokuryerlər-TUTULDU – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir