Ali məktəblərin boş qalan yerlərinə 1359 nəfər qəbul olundu – DİM AÇIQLADI

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək üçün 16515 şəxs ixtisas seçimi edib.

Dövlət İmtahan Mərkəzindən (DİM) Etikxeber.az-a verilən xəbərə görə, müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə  1359 nəfər (o cümlədən 1232 nəfər subbakalavr), tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə isə 10001 nəfər qəbul olub.

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə əsasən, plan yerləri 96.33% dolub. Qəbul aparılan 55 kollecdən 34 kollecdə plan yerləri 100% dolub. Cəmi 381 yer (3.67%) boş qalıb. Onlardan 275 yer xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara aiddir.

 Orta ixtisas təhsili müəssisələrinə 11 illik təhsil bazasında tələbə qəbulunun nəticələri
  Qəbul
planı
Qəbul olunub Qəbulolma faizi Vakant yerlərin
sayı (faizi)
Azərbaycan bölməsi Rus
bölməsi
Bölmələr
üzrə cəmi
Xüsusi qabiliyyət imtahanı tələb etməyən ixtisaslar 9530 8972 452 9424 98.89 106 (1.11)
Xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslar 852 566 11 577 67.72 275 (32.28)
Cəmi 10382 9538 463 10001 96.33 381 (3.67)

 

Avqustun 21-də ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olanların siyahısı  “Abituriyent” jurnalının 9-cu sayında, tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanların siyahısı isə Abituriyent” jurnalının 10-cu sayında (hər iki jurnal elektron versiyada, pdf şəklində) dərc olunacaq.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olan abituriyentlər avqustun 23-dən sentyabrın 2-dək, orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər isə avqustun 23-dən 29dək  sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Abituriyentlər qeydiyyat zamanı tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisələrindən öyrənə bilərlər. Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcəkdir.

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi 30 avqust – 4 sentyabr tarixlərində aparılacaq.

Etikxeber.az

Read Previous

“YAP üzvü olan hər bir nazirlik əməkdaşının məsuliyyəti daha böyükdür…” – NAZİR MÜAVİNİ

Read Next

“Yalnız sadəlöhv adamlar düşünə bilər ki…” – ƏLİ ƏHMƏDOV YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir