Ali təhsillə bağlı qanun layihəsinin hazırlanmasına qərar verildi – BU GÜN – YENİLƏNİB

“Ali təhsil haqqında” qanun layihəsinin hazırlanmasına rəsmi qərar verilib.

Etikxeber.az xəbər verir ki, bununla bağlı qərar iyulun 2-də parlamemtin Elm və təhsil komitəsinin jurnalistlər üçün geniş tərkibli olmayan iclasında verilib.

Adıçəkilən komitənin üzvü, BDU-nun professoru Kamilə Əliyevanın saytımıza bildirdiyinə görə isə iclasda təhsil sistemi üçün çox önəmli rol oynayacaq “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması üzrə İşçi Qrupunun yaradılmasına razılıq verib.

Onun sözlərinə görə, Təhsil Nazirliyinin və təhsil mütəxəssislərinin də qatıldığı iclasda parlamentin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli İşçi Qrupunun rəhbəri, millət vəkili, professor Bəxtiyar Əliyev və təhsil nazirinin müavini İdris İsayev isə müavinlər seçiliblər.

“Həmçinin, komitə üzvlərindən mən, o cümlədən, Pərvin Kərimzadə, Musa Qasımlı, Ağacan Abiyev və digərləri İşçi Qrupunun üzvləri seçildik. İşçi Qrupu üzvləri də yay ayları, tətil olmasına baxmayaraq,  bu müddət ərzində qanun layihəsinin geniş hazırlıqlarına başlayacaq və payız sessiyasının başlanmasına, sentyabrın 15-nə kimi də onun ilkin variantını hazırlayıb, adıçəkilən komitənin iclasının müzakirəsinə təqdim edəcəklər.

kamilla-13

Komitəmizdə ilkin müzakirələrdən sonra isə  çox güman ki, qanun layihəsi MM-in 2019-cu il payız sessiyasının qanunvericilik işləri planına daxil ediləcək, həm də plenar iclasa tövsiyə olunacaq. Ali təhsil müəssisəsinin işçisi, elm adamı kimi hesab edirəm ki, belə bir qanun layihəsi olduqca vacibdir. Onun müzakirəsi və qəbul təhsil sistemimizin, ali təhsilimizin inkişafına öz müsbət və mütləq töhfələrini verəcək.

Bununla həm də təhsillə bağlı qanunları bir növ yekinlaşdırmış olacağıq. Çünki təhsillə bağlı demək olar ki, bütün qanunlar qəbul olunub və qüvvədir”-deyə, K. Əliyeva sözlərinə əlavə edib.

***

02.07.2019 tehsil komitesi K

İclas zamanı İ. Həbibbəyli  bildirib ki, son dörd il ərzində komitə tərəfindən bir sıra yeni qanunlar, o cümlədən “Təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Elm haqqında” sənədlər qəbul edilib. 

Bu qanunlar müvafiq mərhələlərlə hazırlanıb.

Onun sözlərinə görə, hazırda “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması prosesinə start verilib. Qeyd olunub ki, 2009-cu ildən sonra dünyada təhsil sistemində böyük dəyişikliklər olub:

“Çalışacağıq ki, həm dünya təcrübəsində olan dəyişikliklər, həm də Azərbaycan təhsilindəki yeniliklər layihədə öz əksini tapsın”.

O,qeyd edib ki, bugünkü tədbirdə qanun layihəsinin hazırlanması üzrə işçi qrupunun yaradılması məsələsinə baxılacaq.

İ. Həbibbəyli sonra bildirib ki, bu qanun Konstitusiyanın müvafiq maddəsinə uyğun olaraq ölkəmizdə ali təhsilin təmin olunması sahəsində dövlət siyasətinin əsas prinsiplərini, ali təhsilin təşkilatı-hüquqi və iqtisadi əsaslarını müəyyən edəcək.

Sənəddə ali təhsilin təşkili, bu sahənin işçilərinin attestasiyasi, müəssisələrin idarə olunması və maliyyələşdirilməsi, təhsilalanların və təhsilverənlərin hüquq və vəzifələri, ali təhsil sahəsində sahibkarlıq və innovasiya fəaliyyəti və bir sıra digər məsələlər öz əksini tapacaq. Layihədə eyni zamanda ali təhsil sahəsində beynəlxalq əməkdaşlıqla bağlı məqamlar da nəzərdə tutulub.

Müzakirələr zaman çıxış edən deputatlar Bəxtiyar Əliyev, Şəmsəddin Hacıyev, Musa Qasımlı, Asim Mollazadə, Pərvin Kərimzadə, Ağacan Abıyev, Rafael Hüseynov və Təhsil Nazirliyinin təmsilçiləri İdris İsayev, Yaqub Piriyev, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə hazırlanacaq qanun layihəsi ilə bağlı fikirlərini bildiriblər, təkliflərini veriblər.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

“Bu,”inklüziv demokratiya” prinsipinə ziddir…” – MİLLƏT VƏKİLİ

Read Next

ATƏT PA-nın 28-ci illik sessiyası – DEPUTATLARIMIZ LÜKSEMBURQA YOLA DÜŞDÜ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir