Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Kürdəmirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Tural Yadulla oğlu Eyyubovun bu gün doğum gündür.
Tural Eyyubovun bu gün 31 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki üçüncü doğum günü, mövlududur.
Etikxeber.az-ın xəbərinə görə, Tural Eyyubov 1992 ci il iyulun 2-də Kürdəmirin Mollakənd kəndində dünyaya gəlib və bir müddət sonra-1993-cü ilin iyun ayında ailəsi ilə birlikdə Rusiyaya köçüb.
Ailənin iki övladından, iki qardaşdan biri olub.
Orta məktəbi 7-ci sinfə qədər orada oxuyub və 2005-ci ildə valideynləri ilə birlikdə yenidən Azərbaycana, Bakıya qayıdıb.
Və Bakı yerləşən 240 nömrəli orta məktəbdə təhsilini davam etdirib.
Orta təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra-2009-cu ildə BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinə daxil olub.
2013-cü ildə BDU-nu bitirdikdən sonra-2014-cü ildə Silahli Qüvvələrin Təlim-Tədris Mərkəzində Motoatıcı taqım komandiri kursunu bitirib, Leytenant rutbəsi ilə Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəyə göndərilib və 2015-ci ildə Ordudan təxris olunub.
İkinci Vətən Müharibəsi zamanı isə Füzuli-Xocavənd istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Və nəşi 25 oktyabr tarixində doğulub boya-başa çatdığı Mollakənd qəbiristanlığında torpağa tapşırılıb.
Şəhidliyindən sonra 4 medalla- “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” , “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Tural ailəli, bir övlad atası olub.
Məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü mübarək olsun!
Kamil HƏMZƏOĞLU
Etikxeber.az





