Ali təhsilli, subay, 4 medallı-ŞƏHİD AQİL MİRZƏLİYEVİN ANIM GÜNÜDÜR – FOTOLAR – YENİLƏNİB

Bu gün daha bir Şəhidimizin-İsmayıllının İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Aqil Mirzəliyevin Əbədiyyətə uğurlandığı gündür.

Düz bir il keçir Onun torpağa tapşırılmasındam.

Bu gün Onun Anım Günüdür.

Etikxeber.az-ın xəbərinə görə, Aqil Mirzəliyev 1999-cu ilin avqustun 27-də İsmayıllı rayonunda anadan olub.

Ali təhsilli Aqil Mirzəliyev 2020-ci ilin oktyabrın 20-sində Xocavənd rayonunun Tuğ kəndi istiqamətində döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Nəşi 3 gün sonra, oktyabrın 23-ündə İsmayıllı şəhər Şəhidlər Xiyabanında dəfn olunub.

Aqil evin iki oğlan övladından biri olub.

O, həm də subay olub

Ölümündən sonra 4 medalla təltif edilib.

***

Anım Günü ilə bağlı bu gün səhər saatlarında Aqil Mirzəliyevin İsmayıllı şəhər Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunacaq, məzarı üzərinə gül dəstələri düzüləcək, əklil qoyulacaq, ruhuna dualar ediləcək.

Sonra Şəhidin yaşadığı evdə anım mərasim keçiriləcək, ehsan veriləcək.

Ziyarət və mərasimdə Şəhidin ailə üzvləri, yaxınları İsmayılı sakinləri, Şəhid ailələri, Qazilər, məktəblilər, din xadimləri və digərləri iştirak edəcəklər.

Nur içində yatsın!

00:02

***

FOTOLAR:

MƏZARININ ZİYARƏTİ…

Etikxeber.az

Read Previous

Oktyabr ayında dünyaya gələn və oktyabrda da-ŞƏHİD OLAN İLQAR VƏLİYEVİN TORPAĞA TAPŞIRILMASINDAN BİR İL KEÇDİ…

Read Next

Bir gecədə Dastana dönən “Azərbaycan bayrağı” ordenli-ŞƏHİD XUDAYAR YUSİFZADƏNİN ANIM GÜNÜ – MƏZARININ İZDİHAMLI ZİYARƏTİ, İZDİHAMLI ANIM MƏRASİMİ – FOTOLAR – YENİLƏNİB – (5)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir