Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bakı şəhərinin Sabunçu rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən Telman İqdam oğlu Ələkbərovun doğum günüdür.
Telman Ələkbərovun bu gün 33 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.
Etikxeber.az-ın xəbərinə görə, Telman Ələkbərov 1991-ci ilin martın 30-da Bakı şəhərinin Sabunçu rayonunda dünyaya gəlib.
Evin-ailənin tək övladı olub.
Anası Səmayə xanım tərəfindən təkbaşına böyüdülüb.
1997-2003-cü illərdə Sabunçu rayonu 215 nömrəli tam orta məktəbdə təhsil alıb.
2003-2008-ci illərdə orta təhsilini Azərbaycan Respublikası Olimpiya İdman Liseyində davam etdirib.
2009-cu ildə həqiqi hərbi xidmətə çağırılıb, 2011-ci ildə Goranboyda xidmətini başa vurub.
2013-2018-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alıb.
Azərbaycan Ordusunun zabiti olub, Baş leytenant hərbi rütbəsini daşıyıb.
İkinci Vətən Müharibəsinin ilk günündən döyüşlərdə iştirak edib və oktyabr ayında Ağdam istiqamətində döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi Bakı şəhərində, İkinci Fəxri Xiyabanda Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra bir neçə medal və ordenlə təltif olunub.
29 yaşında Şəhidlik məqamına ucalan Telman həm də subay olub.
Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü, 33 yaşı mübarək, ruhu şad olsun!
Ruhu qarşısında baş əyirik!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU
Etikxeber.az