“Ali təhsil, təhsil kreditləri, muğam sənəti, yazılı abidələrlə bağlı qanun layihələrinin qəbuluna ehtiyac var” – JALƏ ƏLİYEVA DAHA HANSI TƏKLİFLƏRLƏ ÇIXIŞ ETDİ?

Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədr müavini, professor Jalə Əliyeva ölkədəki inkişafı astronomik inkişaf adlandırıb.

Etikxeber.az-ın xəbərinə görə, millət vəkili  bu yöndə fikirlərini parlamentin 2019-cu il  payız sessiyasının ilk plenar iclasında çıxışı zamanı səsləndirib.

Qeyd edib ki, son illər, xüsusilə də, 2018-ci ilin 11 aprel prezident seçkilərindən ötən dövr  və 2019-cu ilin arxada qalan 9 ayı ərzində Azərbaycanın bütün sahələrində sürətli inkişaf yaşanmaqda, islahatlar prosesi genişlənməkdə və dərinləşməkdədir.

Onun sözlərinə görə, ölkədə həyata keçirilən islahatlar gündən-günə geniş vüsət almaqda, həyatın bütün sahələrinə sirayət etməkdədir.

J. Əliyeva ələlxüsus, sosial islahatlar sahəsində böyük irəliləyişlərin əldə olunduğunu və bunun ölkə vətəndaşlarının hər birinin həyatında hiss edildiyini, dərin izlər buraxdığını qeyd edib.

jalllaaa

Millət vəkili islahatlar prosesinin daha da geniş xarakter almasında parlamentin önəminə toxunaraq, bu istiqamətdə ali qanunverici orqan tərəfindən də önəmli addımların atıldığını, mühüm qanunvericilik aktlarının qəbul edildiyini diqqət çatdırıb.

Bununla yanaşı, millət vəkili 2019-cu ilin qanunvericilik işləri planında əksini tapan qanun layihələrinin böyük əhəmiyyət daşıdığını, onları dəstəklədiyini və bu məsələdə spiker Oqtay Əsədovun xüsusi rolunun olduğunu bildirib.

O, eyni zamanda, ali təhsil, qida təhlükəsizliyi, təhsil kreditləri, muğam sənətinin qorunması və inkişaf etdirilməsi, yazılı abidələr, aşıq sənəti, kinematoqrafiya, reproduktiv sağlamlıq, turuzm və digər məsələlər ilə bağlı qanun layihələrinin də müzakirəsinin və qəbulunun zəruriliyini vurğulayıb.

Bildirib ki, adıçəkilən qanun layihələrinin də müzakirəsinə və qəbuluna ehtiyac var.

Etikxeber.az

 

Read Previous

İkinci Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində növbəti – TƏQDİMAT

Read Next

“O, bizə nifrət edir, amma nifrət AŞPA dəyərlərinə ziddir…” – SƏMƏD SEYİDOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir