Alim Qasımov və qızı Fərqanə Qasımova İzmirdə konsert proqramı ilə çıxış edib – FOTO

Xalq Artisti Alim Qasımov və qızı, Əməkdar Artist Fərqanə Qasımova Türkiyənin İzmir şəhərində möhtəşəm konsert proqramı ilə çıxış ediblər.

Etikxeber.az xəbər verir ki, Ahmed Adnan Sayqun adına Mədəniyyət Mərkəzində təşkil olunan konsert “Birinci İzmir festivalı” mədəniyyət layihəsi çərçivəsində keçirilib. Hakan Şensoyun dirijorluğu və orkestrin müşayiəti ilə məşhur muğam ustalarımızın ifaları hərarətli alqışlarla qarşılanıb.

Etikxeber.az

Read Previous

Süni intellekt informasiya texnologiyaları sahəsinin 80 faizini təşkil edəcək

Read Next

Düşmən atəşkəs rejimini ümumilikdə 38 dəfə pozub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir