Alimlər tərəfindən kəşf edilən yeni element “Nihonium” adlanacaq

Beynəlxalq Nəzəri və Tətbiqi Kimya İttifaqı (IUPAC) noyabrın 30-da Yaponiyanın “RIKEN” Elmi Tədqiqat İnstitutu tərəfindən aşkarlanan yeni elementin adını və göstərilmə işarəsini təsdiq edib.

Kimyəvi element ilk dəfə olaraq Yaponiya nümayəndələri tərəfindən təklif edilən adı alıb.

Etikxeber.az xəbər verir ki, bu barədə məlumat IUPAC-ın saytında yerləşdirilib.

Məlumatda bildirilir ki, yapon alimləri tərəfindən kəşf edilən və Dmitri Mendeleyevin kimyəvi elementlərin dövri sistemi cədvəlində 113-cü olan yeni element “Nihonium” adlanacaq və Nh kimi göstəriləcək.

Yapon dilində “Nihon” sözü Yaponiya mənasını verir.

Həmin element “RIKEN” Elmi Tədqiqat İnstitutunun əməkdaşları tərəfindən 12 il əvvəl kəşf olunub. Ötən ilin dekabrında IUPAC həmin elementi kəşf edənlərə onu adlandırmağı təklif edib. Cari ilin martında Kyuşu Universitetinin professoru Kosuke Morita yeni adı və işarəni IUPAC-ın müzakirəsinə təqdim edib.

Beynəlxalq təşkilat tərəfindən həmin qərarın qəbulu yeni elementin D.Mendeleyevin kimyəvi elementlərin dövri sistemi cədvəlində, dərsliklərdə və digər elmi materiallarda “Nihonium” adı ilə yerləşdirilməsi deməkdir.

Professor K.Morita bildirib ki, yeni elementin belə adlandırılması onu çox sevindirir və bu, qrupun rəhbəri olaraq onun üçün böyük şərəfdir.

Etikxeber.az

Read Previous

Komitə sədri: Bəzi çatışmazlıqlar torpaq mübahisələrinin həllinə mane olur

Read Next

Virtual məkanda uşaqlar həm nəzarətsiz, həm də çox həssasdırlar – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir