Alimlər tapılan kəhrəbada dinozavr quyruğu aşkarlayıb

Çin və Kanadadan olan alimlər Myanmada tapdıqları qeyri-adi kəhrəba barədə məlumat yayıblar. Yaponiyanın NHK televiziya kanalının yaydığı məluamata görə, onlar kəhrəbanın daxilində balaca dinozavrın quyruğunun lələklərini aşkar ediblər. Alimlər bildiriblər ki, həmin lələklərin yaşı 99 milyon ildən çoxdur.

Etikxeber.az xəbər verir ki, bu barədə məqalə ABŞ-ın “Current Biology” jurnalında dərc edilib. Həmin kəhrəba Myanmanın şimalında yerləşən Kaçin ştatındakı bazarlardan birində tapılıb. Alimlər bilidiriblər ki, kəhrəbanın daxilində dinozavra məxsus 36 millimetr uzunluğunda lələkli quyruq var.

Güman olunur ki, bu nadir tapıntı həmin növ dinozavrların görünüşü barədə müfəssəl məlumat əldə etməyə kömək göstərəcək.

Etikxeber.az

Read Previous

Qırğızıstanda referendum baş tutub – YENİLƏNİB

Read Next

Misirdə də terrakt törədildi…və üçgünlük matəm elan olundu – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir