“Alınmadı…” – BORDİN ÖZÜNÜ GÜNAHLANDIRDI, “NEFTÇİ” AVROLİQADA MÜBARİZƏSİNİ DAYANDIRDI

Oyun istədiyimiz kimi getmədi. Rəqib bütövlükdə yenə müdafiə olundu. 

Etikxeber.az xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Roberto Bordin İsraildə “Bney Yehuda”ya 1:2 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşündən sonra mətbuat konfransında deyib.

O, məğlubiyyətdə daha çox özünü günahlandırıb:

“Məncə, komandama nəyisə çatdıra bilmədim ki, daha ürəklə döyüşsünlər. Çatışmayan cəhətləri dəyişmək lazımdır. Oyunçulara tapşırmışdım ki, səbirli olsunlar. Buna rəğmən, qapımızdan erkən qol buraxdıq. Sonradan isə anlaşılmazlıqdan daha bir qol vurdular.

Çalışırdıq ki, oyun istədiyimiz kimi getsin. Amma rəqib müdafiə olunur, boşluqlar buraxmırdı. Biz isə uzun ötürmələrdən yararlanmağa çalışırdıq. Amma bu, alınmadı. Artıq Premyer Liqa start götürür. Bəzi dəyişikliklər etmək lazımdır”. 

Qeyd edək ki, ilk görüşdə oyun 2:2 hesabı ilə heç-heçə oynayan “Neftçi” Avropa Liqası ilə vidalaşıb.

Etikxeber.az

Read Previous

Daha iki nəfər batmaq təhlükəsindən xilas edildi – FHN

Read Next

“Təfəkkür” doktorantura yaradılan ali məktəblərin siyahısından çıxarıldı – NAZİRLƏR KABİNETİ BELƏ İSTƏDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir