Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
AzTV-nin sabiq sədri Arif Alışanov yenidən ailə qurub.
Etikxeber.az gununsesi.org-a istinadən xəbər verir ki, o, “Mədəniyyət” kanalının aparacısı, həmçinin televiziyanın solisti Ayşən Məstanova (Şakirqızı) ilə nikaha girib.
Cütlüyün izdivacdan bir oğlu var.
Mənbə bildirib ki, A. Məstanova A.Alışanov işdən azad edildiyi gün telekanalı tərk edib.
Xatırladaq ki, Arif Alışanov bu il yanvarın 15-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla AzTV sədrliyindən azad edilib.
Bundan az əvvəl xanımı, Hesablama Palatasının auditoru Mehriban Alışanova ondan boşanıb.
Mehriban Alışanova hazırda Hesablama Palatasının beş auditorundan biridir.
Onların bu evlilikdən üç övladı var.
Qeyd edək ki, Alışanovun birinci nikahdan olan övladlarından biri də bir neçə il öncə ikinci dəfə nikaha girmişdi.
Alışanovun iki uşaq anası olan qızı subay oğlanla, ictimai fəallardan olan Orxan Əkbərovla ailə qurmuşdu.
Etikxeber.az